“Həmrəyliyimiz:
milli-dini birliyimiz” mövzusunda seminar keçirilib
Azərbaycan İlahiyyat
İnstitutunda (Aİİ) Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü, AMEA Qafqazşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı Musa Qasımlının
təqdimatında "Həmrəyliyimiz:
milli-dini birliyimiz” mövzusunda seminar təşkil
olunub.
Seminarda çıxış edən
Aİİ rəhbəri Ceyhun
Məmmədov mövzu
barədə fikirlərini
bölüşüb. Qeyd edib
ki, ölkəmizdə
müxtəlif etnik köklərə, dinlərə
malik insanlar əsrlər boyu sülh, əmin-amanlıq
şəraitində birgə
yaşamışlar. Bu
həyat tərzi xalqımızın tarixən
qəbul etdiyi və mənəvi dəyərinə çevirdiyi
xarakterik xüsusiyyətidir.
C.Məmmədov vurğulayıb ki,
belə tədbirlərin
keçirilməsi gənclərimizin
maarifləndirilməsi, onlarda
Vətənə məhəbbət,
torpağa bağlılıq,
dövlətə sevgi
hisslərinin gücləndirilməsi,
milli-mənəvi ruhda
yetişməsi baxımından
xüsusi əhəmiyyət
daşıyır.
Aİİ rektoru
daha sonra bildirib ki, ölkəmizdə
mövcud olan milli-dini birlik respublikamız müstəqillik
qazandıqdan sonra, məhz Ulu Öndər
Heydər Əliyevin həyata keçirdiyi dövlət-din siyasətinin
məntiqi nəticəsidir. Hazırda bu
siyasəti Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
Musa Qasımlı
"Həmrəyliyimiz: milli-dini
birliyimiz” mövzusunda
məruzə edərək,
ölkəmizdə milli
birliyin əsasında
multikultural dəyərlərin
dayandığını vurğulayıb.
O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra milli-dini həmrəyliyimizin
qorunması dövlət
siyasətində prioritet
istiqamətə çevrilib.
Ulu Öndər Heydər Əliyevin milli-dini birlik və Azərbaycançılıq ideyaları
hazırda Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilir.
M.Qasımlı daha sonra bildirib
ki, dövlət başçının dünya
azərbaycanlılarının həmrəyliyinə verdiyi
töhfə, ölkə
hüdudlarından kənarda
yaşayan soydaşlarımızda
milli ruhun yüksəldilməsinə yönəlik
siyasətin məqsədyönlü
fəaliyyətinin tərkib
hissəsidir.
Seminar mövzu
ətrafında müzakirələrlə
davam edib.
X.MURADLI
Azərbaycan.- 2019.-20 dekabr.-
S.11.