Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq, "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374,
389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5,
maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il
8 oktyabr tarixli 1677-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 43.1-ci maddədə
"388-1” rəqəmləri "388-2” rəqəmləri ilə
əvəz edilsin;
1.2. 384.0.1-ci maddə
ləğv edilsin;
1.3. aşağıdakı
məzmunda 388-2-ci maddə
əlavə edilsin:
"Maddə
388-2. Uşaqların zərərli
informasiyadan qorunması
haqqında qanunvericiliyin
pozulması
388-2.0. Uşaqların
zərərli informasiyadan
qorunması haqqında
qanunvericiliyin pozulmasına,
yəni:
388-2.0.1. uşaqlar
arasında dövriyyəsi
qadağan edilən informasiya məhsullarının
uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına;
388-2.0.2. informasiya
məhsulunun "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin
Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə
ərazisində yayılmasına;
388-2.0.3. informasiya
məhsulunun yayımçıları
tərəfindən televiziya
yayımı, kino və video xidmətlərinin
göstərilməsi zamanı
hər bir informasiya məhsulunun nümayişindən əvvəl
xüsusi kadrda (səhifədə) informasiya
məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən
internet informasiya ehtiyatlarında
informasiya məhsulunun
uşaqlar arasında yayılmasını məhdudlaşdıran
xəbərdarlığa dair
mətnin yerləşdirilməməsinə;
388-2.0.4. "18+” yaş
kateqoriyasına aid informasiya
məhsulu teleradio vasitəsilə yayımlanarkən
bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya
yayımı zamanı
işarə, radio yayımı
zamanı isə səsləndirmə ilə
həyata keçirilməməsinə;
388-2.0.5. uşaqlar
üçün nəzərdə
tutulan informasiya məhsullarında (telekommunikasiya
şəbəkələri, o cümlədən internet şəbəkəsi
vasitəsilə yayılan
informasiya məhsulları
və sellülar (mobil) rabitə şəbəkəsi də
daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb
edilməsi barədə
elanların yerləşdirilməsinə;
388-2.0.6. məhdud
şəxslər dairəsində
yayılması nəzərdə
tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap
məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında
uşaqlar arasında dövriyyəsi qadağan
edilən informasiyanın
əks olunmasına və ya həmin
informasiya məhsulunun
qablaşdırmadan yayılmasına;
388-2.0.7. uşaqlar
arasında dövriyyəsi
qadağan edilən informasiya məhsulunun uşaqlar üçün
nəzərdə tutulmuş
təhsil müəssisələrində,
tibb, sanatoriya-kurort, bədən tərbiyəsi
və idman, mədəniyyət, istirahət
və sağlamlaşdırma
müəssisələrində və ya həmin
müəssisələrin sərhədindən
yüz əlli metrdən az
olan məsafədə
yayılmasına görə
-
fiziki şəxslər
beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər üç
min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.”.
Maddə 2. Bu Qanun
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-21 dekabr.-
S.3.