“İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”, “Uşaq hüquqları
haqqında”, “Təhsil haqqında”, “Reklam
haqqında” və “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 364; 2005, ¹ 6, maddə 466; 2006, ¹ 12, maddə
1005; 2007, ¹ 10, maddə 938; 2011, ¹ 3, maddə 162; 2012, ¹ 11, maddə
1051; 2017, ¹ 3, maddə
345) aşağıdakı məzmunda 13-2.3.8-1-ci və
13-2.6-cı maddələr əlavə
edilsin:
"13-2.3.8-1. "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş
kino, televiziya və videofilmlər, o cümlədən animasiya
filmləri, kompüter
və digər elektron oyunlar
("Universal” yaş kateqoriyasına
aid olanlar istisna olmaqla);
13-2.6. internet informasiya
ehtiyatlarında informasiya
məhsulunun uşaqlar
arasında yayılmasını
məhdudlaşdıran xəbərdarlıq
mətni əks olunmalıdır.”.
Maddə 2. "Uşaq
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 8, maddə
484; 2001, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12, maddə
731; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2004, ¹ 2, maddə
57, ¹ 3, maddə 133, ¹ 7, maddə
507; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 7, maddə
602; 2010, ¹ 2, maddə 70, ¹ 4, maddə 275; 2013, ¹ 11, maddə
1317; 2015, ¹ 5, maddə 484; 2016, ¹ 6, maddə 968; 2017, ¹ 7, maddə
1263; 2019, ¹ 1, maddə 9; Azərbaycan
Respublikasının 2019-cu il
8 oktyabr tarixli 1675-VQD nömrəli Qanunu) 15-ci maddəsinin ikinci hissəsində "sağlamlığına
və inkişafına
ziyan vuran” sözləri "zərərli”
sözü ilə,
"müvafiq qanunla”
sözləri "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə” sözləri ilə əvəz edilsin.
Maddə 3. "Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə
3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə
1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382; Azərbaycan
Respublikasının 2019-cu il
8 oktyabr tarixli 1675-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda
11.6-cı və 11.7-ci maddələr
əlavə edilsin:
"11.6. Uşaqlar
arasında dövriyyəsi
qadağan edilən informasiya məhsulunun uşaqlar üçün
nəzərdə tutulmuş
təhsil müəssisələrində
və ya həmin müəssisələrin
sərhədindən yüz
əlli metrdən az olan məsafədə yayılmasına
yol verilmir.
11.7. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə
tutulan informasiya məhsullarının qiymətləndirilməsi
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələbləri nəzərə
alınmaqla Azərbaycan
Respublikasının təhsil
haqqında qanunvericiliyinə
uyğun aparılır.”.
Maddə 4. "Reklam
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 812; 2016, ¹ 11, maddə 1755, ¹ 12, maddə
1996; 2017, ¹ 3, maddə 334, ¹ 5, maddələr 675, 748, ¹ 6, maddə
1029, ¹ 7, maddə 1307, ¹ 12 (I kitab), maddə 2230; 2019, ¹
1, maddə 29, ¹ 3, maddə
390, ¹ 4, maddə 578, ¹ 8, maddə
1384) aşağıdakı məzmunda 12.3-cü və
12.4-cü maddələr əlavə
edilsin:
"12.3. Uşaqlar
üçün kino və video xidmətlərin
göstərilməsi zamanı,
uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar
üçün nəzərdə
tutulmuş dövri mətbu nəşrlərdə
yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
12.4. Uşaqlar üçün nəzərdə
tutulan informasiya məhsullarında (telekommunikasiya
şəbəkələri, o cümlədən internet şəbəkəsi
vasitəsilə yayılan
informasiya məhsulları
və sellülar (mobil) rabitə şəbəkəsi də
daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb
edilməsi barədə
elanların yerləşdirilməsinə
yol verilmir.”.
Maddə 5. "Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 6, maddə
1012; 2019, ¹ 6, maddə 986) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 4.0.13-cü maddəyə
"dövlət məktəbəqədər
təhsil müəssisələrini”
sözlərindən sonra
"məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün
nəzərdə tutulan
informasiya məhsullarının
məzmununa və bədii tərtibatına uyğun olan” sözləri əlavə
edilsin;
5.2. 17.1-ci maddəyə
"bu Qanuna” sözlərindən sonra
", "Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununa”
sözləri əlavə
edilsin;
5.3. aşağıdakı
məzmunda 17.3-cü maddə
əlavə edilsin:
"17.3. Məktəbəqədər
təhsil müəssisələrində
uşaqların təlimi
üçün nəzərdə
tutulan informasiya məhsullarının məzmunu
və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə
tutulan informasiya məhsullarının məzmununa
və bədii tərtibatına uyğun olmalıdır.”.
Maddə 6. Bu Qanun
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-21 dekabr.-
S.3.