2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 19/83

 

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması, keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi ictimailəşdirilməsi prosesləri, eləcə seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (Mərkəzi Seçki Komissiyası) qanunvericiliyin sözügedən tələblərinə əməl olunmasını təmin etmək məqsədilə seçkilərin hazırlanması keçirilməsi prosesində müşahidəçilərin digər aşkarlıq institutlarının normal fəaliyyəti üçün daim hərtərəfli şərait geniş imkanlar yaradır. Seçici siyahılarının mütəmadi şəkildə nümayiş etdirilməsi, seçki günü seçicilərin aktivliyi, səsvermənin gedişi ilkin nəticələr barədə məlumatların tam operativ şəkildə ictimailəşdirilməsi, həmçinin ictimaiyyətin bu proseslərlə yaxından tanış olması üçün ardıcıl davamlı tədbirlər görülür, bütün proseslərdə dövlət avtomatlaşdırılmış informasiya sistemi kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Müşahidəçi səlahiyyətləri əldə etmədən hətta seçki məntəqələrinə gəlmədən geniş ictimaiyyətin səsvermənin gedişini internet vasitəsilə müşahidə etməsi, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şərait yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi beləliklə, aşkarlığın daha geniş miqyasda təmin edilməsi məqsədilə ölkədə keçirilən seçki referendumlarda bütün digər vasitələrlə yanaşı, əlavə tədbirlər qismində 2008-ci ildən başlayaraq 500 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 10 faizində), sonradan isə 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20 faizində) veb-kameralar quraşdırılmışdır.

Seçki mütəxəssisləri ölkəmizdə seçkilərin gedişini izləmiş çoxsaylı yerli beynəlxalq subyektlər tərəfindən veb-kamera layihəsi yüksək qiymətləndirilmiş, qabaqcıl seçki təcrübəsinə malik bir sıra xarici dövlətlər sonradan bu mütərəqqi nailiyyətdən öz seçki praktikalarında istifadə etməyə başlamışlar.

Mərkəzi Seçki Komissiyası bu uğurlu ənənəyə sadiq qalaraq hesab edir ki, 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində veb-kameralar vasitəsilə keyfiyyətli fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki digər şərtlər çərçivəsində işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın ərazisinin tam əhatə edilməsi prinsipi əsas götürülərək bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılaraq maraqlı tərəflərin istifadəsinə verilməlidir. Bu fəaliyyət tam başa çatdıqdan sonra veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilməklə ictimailəşdirilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 100-cü maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/31 saylı qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na uyğun olaraq qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc edilsin.

4. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 21 dekabr.- S.4.