Bəzi seçki dairələri
üzrə yeni seçki
məntəqələrinin yaradılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 19/84
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci maddəsinin
tələbinə əsasən,
seçki məntəqələri
müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq
icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla,
seçicilər üçün
maksimum əlverişli
şərait yaradılmasının
zəruriliyi, yerli və digər şərait nəzərə
alınmaqla yaradılır.
Məcburi köçkünlər
üçün yeni qəsəbələrin salınması
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
bəzi seçki dairələri üzrə
yeni seçki məntəqələrinin yaradılması
zərurətini yaratmışdır.
Bununla əlaqədar
120 saylı Cəbrayıl
- Qubadlı, 123 saylı
Kəlbəcər, 124 saylı
Şuşa - Ağdam
- Xocalı - Xocavənd
və 125 saylı Zəngilan - Qubadlı seçki dairələrinin
hüdudları daxilində
əlavə seçki
məntəqələrinin və məntəqə seçki komissiyalarının
yaradılması müvafiq
dairə seçki komissiyalarına həvalə
edilməlidir.
Qeyd edilənlərə
əsasən, Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun
olaraq qərara alır:
1. 120 saylı Cəbrayıl - Qubadlı,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa
- Ağdam - Xocalı
- Xocavənd və 125
saylı Zəngilan - Qubadlı seçki dairələrinin hüdudları
daxilində qanunvericiliyin
tələbləri nəzərə
alınmaqla əlavə
seçki məntəqələrinin
yaradılması və
yeni məntəqə
seçki komissiyalarının
qısa müddət ərzində formalaşdırılması
müvafiq dairə seçki komissiyalarına
həvalə edilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
20 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 21 dekabr.- S.4.