2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan
Sosial Rifah
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 19/87
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
Azərbaycan Sosial Rifah Partiyası Ali Məclisinin 2019-cu il 11 dekabr tarixli iclasının qərarları
ilə səlahiyyətli
nümayəndə və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
olunmuş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) təqdim
edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə aşağıdakı
şəxslər Azərbaycan
Sosial Rifah Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndə:
Sevinc Xanhüseyn
qızı Hüseynova
1.2. Maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə:
Vəfa Tahir qızı Quliyeva
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
20 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 21 dekabr.- S.4.