2020-ci il fevralın
9-na təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan
Milli İstiqlal Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 19/88
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə
Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının
2019-cu il 18 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr
təyin edilmiş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədlər
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə aşağıdakı
şəxslər Azərbaycan
Milli İstiqlal Partiyasının səlahiyyətli
nümayəndələri kimi
qeydə alınsınlar:
Ceyran Dursun qızı Ənsər
Elşən Mansur oğlu
Mustafayev
Həsən Əli oğlu Həsənov
Aytəkin Malik qızı Əhmədova
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
20 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 21 dekabr.- S.4.