2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 19/89

 

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyası Baş Məclisinin 2019-cu il 17 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

Rəhilə Xəlil qızı Heydərova

Zaur Kərim oğlu Kərimli

Vasif Vaqif oğlu Əfəndiyev

Fərzəli Abduləhməd oğlu Seyidov

Cavid Hidayət oğlu Məmmədov

Vahid Zayıdağa oğlu Kərimli

Aftandil Vahid oğlu Məmmədov

Şahlar Xudakişi oğlu Məmmədov

Fəxrəddin Zayıdağa oğlu Kərimli

Səma Vasif qızı Əfəndi

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

Ehtibar Vəliyəddin oğlu Səmədov

Rəhimə Xəlil qızı Heydərova

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 21 dekabr.- S.4.