Pambıq istehsalında tarixi nailiyyət

 

Prezident İlham Əliyevin bu sahəni şəxsi nəzarətinə götürməsi rekord nəticələrə səbəb olub

 

Azərbaycan bu il pambıqçılığın inkişafında rekord göstəricilərə nail oldu. Ölkədə müstəqillik dövründə ilk dəfə 294 min ton pambıq yığıldı hər hektarın məhsuldarlığı orta hesabla 29,4 sentnerə çatdırıldı. Bu barədə Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirdiyi müşavirədə belə deyib: "Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.

Pambıqçılıq ölkəmizdə ənənəvi sahələrdən biridir onun inkişaf tarixinə nəzər salanda görürük ki, ta qədim dövrlərdən Azərbaycan ərazilərində pambıq yetişdirilib. Statistik rəqəmlər artıq XIX əsrin əvvəlindən bu sahədə baş verən müsbət təzahürləri özündə əks etdirir. Belə ki, 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmiş, hektarın məhsuldarlığı isə cəmi 6 sentnerə çatdırılmışdı. Azərbaycanda pambıqçılığın ən sürətli inkişafı sovet dönəmində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Məhz həmin illərdə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik digər sahələrin inkişafı ən yüksək həddə çatır. Müşavirədəki çıxışında Prezident İlham Əliyev bu mövzuya məxsusi toxundu: "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır”.

Əgər 1969-cu ildə Heydər Əliyev respublika rəhbəri seçiləndə Azərbaycanda 300 min tona yaxın pambıq yığılmışdısa, 1981-ci ildə bu rəqəm 1 milyon tona çatdırılmışdı. Sonrakı illərdə bu sahədə tənəzzül baş verdi. Yalnız müstəqillik illərində tədricən ölkə iqtisadiyyatı güclənməyə başladı, Dövlət iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermək məqsədilə dərin köklü islahatlara getdi, iqtisadi intibahın əsas istiqamətlərini hədəflərini təyin edən dövlət siyasətini formalaşdırdı. Energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində perspektivlərə köklənən iqtisadi qərarlar verildi, islahatlar dərinləşdirildi, özəl sektora ciddi güzəştlər, maliyyə dəstəyi göstərildi. Dövlətin ciddi yardımı olmasaydı, bugünkü uğurlara çətin ki, nail olmaq olardı. Cənab İlham Əliyev bu barədə rəqəmlərin dili ilə danışdı: "Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan "John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər?”

Aydın görünəni odur ki, dövlət dəstəyi olmasaydı, pambıqçılığın bir sahə kimi yalnız özəl sektorun hesabına bərpası mümkün olmayacaqdı. Dövlət başçısı özü dedi ki, bu sahədə yalnız bazar iqtisadiyyatı prinsiplərinə ümid bağlamaq ciddi səhv ola bilərdi. Ona görə Prezidentin təşəbbüsü ilə çox ciddi tədbirlər planı tutuldu 2017-2020-ci illəri əhatə edən dövlət proqramı qəbul olundu.

Prezident dövlətin pambıqçılığın inkişafına intensiv müdaxiləsinin nəticələrini bir cümlə ilə belə dəyərləndirdi: "Biz dövlət proqramı əsasında pambıqçılığı dörd il ərzində, demək olar ki, dirçəltdik ən yüksək nəticələrə çatdıq”.

Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər ayrıldı, pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri həyata keçirildi, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edildi. Son üç il ərzində 15 min 700 texnika alınmış, o cümlədən 400-dən çox pambıqyığan kombayn gətirilmişdir. Pambığın satınalma qiyməti 2015-ci ildəki 41 qəpikdən 2018-ci ildə 65 qəpiyə qaldırıldı, fermerlərə hər hektara görə verilən güzəştlər 10 manatdan 50 manata çatdırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı.

Dövlət başçısı çıxışında dərin təhlil apardı, pambıqçılığın inkişafında yol verilən qüsurlardan da yan keçmədi. Bəzən müsbət nəticə verməyən, bəzən vəziyyəti dəyişmək üçün təcili qəbul edilən qərarların mahiyyətini izah etdi. 2015-ci ildə 18 min hektardan 35 min ton pambığın yığılması, hər hektarın məhsuldarlığının 18,8 sentner olması yeni yanaşmanın fərqli qaydaların tətbiq edilməsini zərurətə çevirdi. 2016-cı ildə 51 min hektarda pambıq əkildi, 89 min ton pambıq tədarük edildi, hər hektarın məhsuldarlığı isə 17 sentner ətrafında qaldı. 2017-ci ildə pambıq əkini sahələri artırıldı, 136 min hektarda pambıq əkildi, 207 min ton məhsul götürüldü, amma təəssüf ki, hər hektarın məhsuldarlığı daha da aşağı - 15,2 sentnerə düşdü. Buna səbəb təcrübənin azlığı, bəzi torpaqların pambıqçılıq üçün yararsız olması idi. 2018-ci ildə əkin sahələri bir qədər azaldı, 132 min hektarda pambıq əkildi daha çox məhsul götürüldü - 233 min ton. Hər hektarın da orta məhsuldarlığı bir qədər artaraq 17,6 sentnerə qalxdı. Bu il qəbul edilən ən optimal qərar əsasında 100 min hektarda pambıq əkildi 294 min ton məhsul götürüldü. Hektarın məhsuldarlığı 29,4 sentnerə çatdı. Beləliklə, Azərbaycan pambıqçıları tarixi nailiyyətə imza atdılar ötən əsrin 80-ci illərinin rekordlarına yaxınlaşdılar.

Müşavirədə yeni hədəflər təyin edildi. Yığımdan son məhsula qədər elə bir fasiləsiz zəncir yaratmaq lazımdır ki, bu zəncirin hər bir həlqəsində əlavə dəyər formalaşdırmaq mümkün olsun. Bu ilin doqquz ayında pambıqçılıq 111 milyon dollar gəlir gətirib, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Əsas vəzifə pambıqçılıqda istehsal zəncirini tam qurulmasına nail olmaq, son məhsulu ixrac etməkdir.

Beləliklə, pambıqçılığın inkişafı yüngül sənayenin yeni sahələrinin yaradılmasına inkişafına təkan verəcək. Son illərdə Azərbaycanın bir neçə şəhərində sənaye zonaları, sənaye parkları, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı yaradılır. Dövlət başçısı belə hesab edir ki, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün onun sənaye şəhəri kimi inkişaf etdirilməsi vacibdir. Ümumiyyətlə, fabriklərin sayını artırmaq, pambığın son mərhələyədək emalına nail olmaq lazımdır.

O da məlumdur ki, ölkənin aqrar sektorunda aparılan islahatlar yalnız pambıqçılıqla yox, aqrar sektorun bütün sahələri üzrə elmi müasir dünya təcrübəsinin tələbləri səviyyəsində aparılır. Unudulmuş ənənəvi sahələr sürətlə bərpa olunur inkişaf etdirilir. Dövlət başçısının şəxsi təşəbbüsü sayəsində barama istehsalı 240 kiloqramdan builki 630 tona çatdırıldı, Şəki ipək kombinatında yüzlərlə insan yerləri ilə təmin olundu.

Fındıq bağlarının sahəsi 30 min hektardan təqribən 80 min hektara çatdırılmış, Azərbaycan fındıq istehsalı ixracında dünyada üçüncü yerə çıxmışdır. Çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq da ənənəvi sahələr kimi inkişaf etdirilir. Üzümçülük tam tənəzzülə uğramışdı, üzüm bağlarına divan tutulmuş demək olar ki, əksəriyyəti qırılmışdı. İndi bu sahə yenidən bərpa edilir, yeni bağlar salınır, şərab zavodları tikilir, Azərbaycan şərabı itirilmiş nüfuzunu bərpa edir.

Kənd təsərrüfatı sahəsində aparılan islahatlar, demək olar ki, inqilabi xarakter daşıyır. Müasir becərmə üsulları, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi müsbət nəticələrini verir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 21 dekabr.- S.1; 6.