Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1168, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il
8 oktyabr tarixli 1673-VQD,
1677-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. aşağıdakı
məzmunda 82.2-1 - 82.2-7-ci maddələr
əlavə edilsin:
"82.2-1. Bu Məcəllənin
82.1-ci maddəsində nəzərdə
tutulmuş məqsədlər
üçün hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin
və ya qanuni nümayəndəsinin,
hüquqi şəxsin
nümayəndəsinin, prokurorun,
zərər çəkmiş
şəxsin və ya onun nümayəndəsinin
vəsatəti ilə
ekspertiza təyin edə bilər. Həmin şəxslərin
vəsatəti rədd
edildikdə hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.
82.2-2. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslər
qarşılıqlı razılaşma
əsasında konkret səlahiyyətli şəxsin
ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən)
xahiş edə bilərlər.
82.2-3. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin
ekspertiza keçirilən
zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) təqdim
etmək hüququ vardır.
82.2-4. Ekspert
rəyinin alınmasına
dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində
nəzərdə tutulmuş
şəxslərin təqdim
etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
əsaslandırmağa borcludur.
82.2-5. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslər
ekspert tədqiqatının
obyekti kimi əşya və sənədləri təqdim
etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının
obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
82.2-6. Ekspertiza
bu Məcəllənin
müddəalarında nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının
hüquqlarına riayət
olunmaqla keçirilir. Hakimin, səlahiyyətli
orqanın (vəzifəli
şəxsin) və bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin
ekspertizanın keçirilməsinin
gedişi haqqında məlumat əldə etmək hüququ vardır.
82.2-7. Ekspertiza
tədqiqatın xarakterindən
asılı olaraq, həmçinin tədqiqat
aparmaq üçün
materialları məhkəməyə,
səlahiyyətli orqana
(vəzifəli şəxsə)
gətirmək mümkün
deyilsə, yaxud çətinlik törədirsə,
məhkəmədə, səlahiyyətli
orqanda, yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində
nəzərdə tutulmuş
şəxslərin kənar
yerdə keçirilən
ekspertizada iştirakının
ekspertlərin normal işinə
maneçilik törədə
bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak
edə bilərlər.
Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində
nəzərdə tutulmuş
şəxslər tətbiq
edilmiş tədqiqat üsullarının mahiyyətinin
və alınmış
nəticələrin izahını
ekspertdən tələb
edə və ekspertə izahlar verə bilərlər.”;
1.2. 82.5-ci maddənin
birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı
məhkəmə ekspertizası
idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz
imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərir.”;
1.3. aşağıdakı
məzmunda 82.6 - 82.8 və
82-1-ci maddələr əlavə
edilsin:
"82.6. Ekspertizanın
aparılmasını bu
Məcəllənin 82.5-ci maddəsində
göstərilən müddətdə
təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası
idarəsinin rəhbəri
tərəfindən əsaslandırılmış
səbəblər göstərilməklə
bu barədə hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) məlumat
verilir. Bu halda
tədqiqatların mürəkkəblik
dərəcəsi nəzərə
alınmaqla ekspertizanın
aparılması müddəti
hakimlə, səlahiyyətli
orqanla (vəzifəli
şəxslə) yazılı
formada razılaşdırılır.
82.7. Ekspert rəy verilməsi üçün əlavə
tədqiqat materiallarının
təqdim edilməsinə
zərurət olduğunu
müəyyən etdikdə
ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə
ekspertizası idarəsinə
daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu
barədə hakimə,
səlahiyyətli orqana
(vəzifəli şəxsə)
vəsatət göndərir.
Vəsatətdə tələb olunan
tədqiqat materiallarının
dəqiq və tam siyahısı göstərilir.
82.8. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
ekspertin həmin vəsatətinə 3 gün
müddətində baxılır
və əlavə tədqiqat materiallarının
əldə edilməsi
müəyyən vaxt
tələb etdikdə
məhkəmə ekspertizası
idarəsinin rəhbərinə
məlumat verilməklə
bu Məcəllənin
82.5-ci maddəsində nəzərdə
tutulan müddət uzadılır.
Maddə 82-1. Şəxslərin
təşəbbüsü ilə ekspertizanın aparılması
82-1.1. İnzibati
xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi
və ya qanuni nümayəndəsi,
hüquqi şəxsin
nümayəndəsi, zərər
çəkmiş şəxs
və ya onun nümayəndəsi onların mənafelərinə
xidmət edə biləcək halların müəyyən edilməsi
üçün öz
təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş
vermək üçün
özəl məhkəmə
ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə
rəsmi müraciət
etmək hüququna malikdirlər.
82-1.2. Barəsində
inzibati icraat aparılan fiziki və ya hüquqi
şəxsin, fiziki şəxsin müdafiəçisinin
və ya qanuni nümayəndəsinin,
hüquqi şəxsin
nümayəndəsinin, zərər
çəkmiş şəxsin
və ya onun nümayəndəsinin
sifarişi ilə ekspertiza həmin şəxslə özəl
məhkəmə eksperti
və ya məhkəmə ekspertizası
idarəsinin rəhbəri
arasında bağlanan
müqavilə əsasında
ekspertizanı sifariş
edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş
şəxs ekspertə
suallar siyahısını
və tədqiqat üçün obyektləri
verir.
82-1.3. Ekspert
müqavilədə göstərilən
müddətdə yazılı
formada rəy verir. Ekspertiza aparmış
ekspertlərin təqdim
edilmiş rəyləri
hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs)
tərəfindən materiallara
əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.
Maddə 2. Bu Qanun
2020-ci il martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.- S.4.