“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar01:33 22.12.2019
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə
1084; 2006, ¹ 12, maddə 1031; 2008, ¹ 6, maddə 462; 2011, ¹ 7, maddə
592; 2014, ¹ 12, maddə 1516; 2016, ¹ 4, maddə 643; 2018, ¹ 12 (I kitab),
maddələr 2470, 2530; 2019, ¹ 1, maddələr 5, 21, ¹ 2, maddə
184) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 41.4-cü maddədə
"qərarına əsasən
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
müvafiq qurumların
ekspertləri” sözləri
"qərarı və
ya maraqlı şəxslərlə bağlanan
müqavilə əsasında
məhkəmə ekspertizası
idarələrinin ekspertləri
və ya özəl məhkəmə
ekspertləri” sözləri
ilə əvəz edilsin;
1.2. 41.5-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"41.5. Azərbaycan
Respublikasının qanunvericiliyində
başqa müddət
nəzərdə tutulmamışdırsa,
ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası
idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz
imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir.”;
1.3. aşağıdakı
məzmunda 41.5-1-ci maddə
əlavə edilsin:
"41.5-1. Ekspertizanın
aparılmasını bu
Qanunun 41.5-ci maddəsində
göstərilən müddətdə
təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası
idarəsinin rəhbəri
tərəfindən əsaslandırılmış
səbəblər göstərilməklə
bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların mürəkkəblik
dərəcəsini nəzərə
almaqla ekspertizanın aparılması müddətinin
uzadılması barədə
qərar qəbul edir.”;
1.4. aşağıdakı
məzmunda 41.8-ci maddə
əlavə edilsin:
"41.8. Maraqlı
şəxslər onların
mənafelərinə xidmət
edə biləcək halların müəyyən
edilməsi məqsədilə
öz təşəbbüsləri
ilə ekspertizanın
aparılmasını sifariş
vermək üçün
məhkəmə ekspertizası
idarəsinə və
ya özəl məhkəmə ekspertlərinə
rəsmi müraciət
etmək hüququna malikdirlər.
Maraqlı şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası
idarəsinin rəhbəri
və ya özəl məhkəmə
eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı
sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını
və tədqiqat üçün obyektləri
verir.
Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən
müddətdə yazılı
rəy verir. Maraqlı
şəxsin sifarişi
ilə aparılmış
ekspertiza nəticəsində
verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.
Maddə 2. Bu Qanun
2020-ci il martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.-
S.4.