Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 10, maddə 762, ¹ 12, maddə
973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7, maddə
593; 2012, ¹ 5, maddə 410; 2013, ¹ 1, maddə 16, ¹ 11, maddə
1267; 2016, ¹ 1, maddə 12; 2017, ¹ 4, maddə 522, ¹ 5, maddə
752, ¹11, maddə 1976; 2018, ¹ 5, maddələr 855, 878, ¹ 7 (l kitab),
maddə 1440; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1199) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. Aşağıdakı
məzmunda 29-1-ci maddə
əlavə edilsin:
"Maddə 29-1. Məhkəmə ekspertizası
İnzibati məhkəmə
icraatında məhkəmə
ekspertizası ilə bağlı məsələlərin
tənzimlənməsində Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin müvafiq
müddəaları tətbiq
olunur.”;
1.2. 98.2-98.6-cı maddələr
ləğv edilsin;
1.3. aşağıdakı
məzmunda 98-1-ci maddə
əlavə edilsin:
"Maddə 98-1. Kasassiya instansiyası
məhkəməsində icraat
zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin təmin edilməsi
98-1.1. Ali Məhkəmənin
məhkəmə tərkibi
işə kasassiya qaydasında baxarkən Ali
Məhkəmənin digər
məhkəmə tərkibinin
əvvəllər qəbul
etdiyi qərarda müəyyən edilmiş
hüquqi mövqedən
fərqli yanaşmanın
tətbiq edilməsini
zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi
apellyasiya instansiyası
məhkəməsinin Ali Məhkəmənin
Plenumunun məhkəmə
təcrübəsinə dair
məsələlər üzrə
izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin
əsaslandırılması ilə razılaşdıqda,
həmin mübahisəli
hüquqi məsələyə
hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin
təmin edilməsi məqsədilə Ali Məhkəmənin
inzibati kollegiyasına
daxil olan bütün hakimlərdən
ibarət tərkibdə
baxılır.
98-1.2. Ali Məhkəmənin
inzibati kollegiyasına
daxil olan bütün hakimlərdən
ibarət tərkibdə
iclası Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibinin
əsaslandırılmış təqdimatı əsasında
Ali Məhkəmənin sədri
tərəfindən təyin
edilir. Mübahisəli hüquqi məsələyə
Ali Məhkəmənin inzibati
kollegiyasına daxil olan bütün hakimlərdən ibarət
tərkibdə baxılarkən
iclasa Ali Məhkəmənin
müvafiq kollegiyasının
sədri sədrlik edir. Ali Məhkəmənin
inzibati kollegiyasının
iclası həmin kollegiyanın hakimlərinin
azı üçdə
ikisi iştirak etdikdə səlahiyyətlidir.
Səslər bərabər olduğu
hallarda sədrlik edənin səsi həlledici sayılır.
98-1.3. Ali Məhkəmənin
inzibati kollegiyası bütün hakimlərdən
ibarət tərkibdə
mübahisəli hüquqi
məsələyə baxaraq
ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
98-1.4. Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibi,
habelə eyni xarakterli məsələlərə
baxarkən bütün
digər məhkəmə
tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə
tutulmuş qərardadda
müəyyən edilmiş
hüquqi mövqeni rəhbər tutmalıdırlar.
98-1.5. Ali Məhkəmənin
məhkəmə tərkibi
eyni xarakterli məsələlərə baxarkən,
bu Məcəllənin
98-1.3-cü maddəsində nəzərdə tutulmuş
qərardadda müəyyən
edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində
nəzərdə tutulmuş
qaydada baxılır.”.
Maddə 2. Bu Qanun
2020-ci il martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.- S.4.