“Kinematoqrafiya
haqqında”, “Kütləvi informasiya vasitələri
haqqında”, “Nəşriyyat işi
haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai
televiziya və radio
yayımı haqqında”, “Telekommunikasiya
haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Kinematoqrafiya
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 8, maddə 489; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə
684; 2007, ¹ 10, maddə 938) 7-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. birinci
hissədən ", tamaşaçı
auditoriyasının yaş
kateqoriyalarının müəyyənləşdirilməsi”
sözləri çıxarılsın;
1.2. ikinci hissəyə "yayımı
və nümayişi”
sözlərindən sonra
"bu Qanunun, "Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
və kinematoqrafiya sahəsində digər normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla”
sözləri əlavə
edilsin;
1.3. ikinci
hissə müvafiq olaraq üçüncü
hissə hesab edilsin və aşağıdakı məzmunda
ikinci hissə əlavə edilsin:
"Kino və
videofilmlərin yaşa
görə təsnifatlaşdırılması
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununa
müvafiq olaraq həyata keçirilir.”.
Maddə 2. "Kütləvi
informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 3, maddə
116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr 57, 58; 2005, ¹ 4, maddə
278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079; 2009, ¹ 4, maddə
212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə 172; 2015, ¹ 2, maddə
82, ¹ 11, maddələr 1258, 1292; 2016, ¹ 1, maddə 40, ¹ 5, maddə
837, ¹ 12, maddə 1986; 2017, ¹ 12 (I kitab), maddə 2254; 2018, ¹
1, maddə 16, ¹ 5, maddə
891, ¹ 6, maddə 1166; 2019, ¹ 3, maddə 376) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 10-cu maddəyə
aşağıdakı məzmunda
ikinci hissə əlavə edilsin:
"Uşaqlar arasında dövriyyəsi
qadağan edilən və ya məhdudlaşdırılan
informasiyanın istehsalçısı
və yayıcısı
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərinə riayət
etməyə borcludur.”;
2.2. 60-cı maddənin
birinci hissəsinin
5-ci bəndinə "efirə
verdikdə” sözlərindən
sonra ", o cümlədən
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərini pozduqda”
sözləri əlavə
edilsin.
Maddə 3. "Nəşriyyat
işi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 581; 2002, ¹ 12, maddə
709; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə
343; 2013, ¹ 5, maddə 483; 2017, ¹ 2, maddə 143; 2019, ¹ 3, maddə
377) 20-ci maddəsinə aşağıdakı
məzmunda dördüncü
hissə əlavə edilsin:
"Uşaqlar
arasında dövriyyəsi
qadağan edilən və ya məhdudlaşdırılan
informasiyanın istehsalçısı
və yayıcısı
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş tələblərə
riayət etməyə
borcludur.”.
Maddə 4. "Televiziya
və radio yayımı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 10, maddə 583; 2004, ¹ 1, maddə 10; 2005, ¹ 4, maddə
278, ¹ 6, maddə 469; 2006, ¹ 11, maddə 932, ¹ 12, maddə
1005; 2007, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə
1053; 2009, ¹ 6, maddə 394; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 2, maddə
70; 2015, ¹ 4, maddə 354; 2016, ¹ 12, maddə 1987; 2018, ¹ 2, maddə
153, ¹ 6, maddə 1167, ¹ 12 (I kitab), maddə 2477) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 11.5.3-cü maddəyə
"onların baxa biləcəyi vaxtda göstərilməməsinə” sözləri "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulan vaxtda göstərilməməsinə (xüsusi dekoderlər vasitəsilə ödənişli
əsasda həyata keçirilən informasiya
məhsullarının telekanallarda
yayımı istisna olmaqla) və həmin Qanunun teleradio yayımı sahəsində digər tələblərinin icrasına”
sözləri ilə əvəz edilsin;
4.2. 33-cü maddənin
mətni aşağıdakı
redaksiyada verilsin:
"Uşaqların
yaşına uyğun
informasiya əldə etmək hüququnun həyata keçirilməsi
ilə əlaqədar
olaraq onların zərərli informasiyadan qorunması "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada həyata keçirilir.”;
4.3. 35.14-cü maddədə
"aşağıdakı tələblərə” sözləri
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələbləri nəzərə
alınmaqla aşağıdakılara”
sözləri ilə əvəz edilsin;
4.4. aşağıdakı
məzmunda 40.2.2-2-ci maddə
əlavə edilsin:
"40.2.2-2. informasiya
məhsulunun "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin
Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə
ərazisində yayımlamamaq;”.
Maddə 5. "İctimai
televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 11, maddə
888; 2006, ¹ 3, maddə 224, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr
435, 442, ¹ 12, maddə 1218; 2009, ¹ 10, maddə 772; 2011, ¹ 2, maddə
70; 2012, ¹ 9, maddə 839; 2015, ¹ 5, maddə 493, ¹ 11, maddə
1281; 2016, ¹ 12, maddə 1988; 2018, ¹ 6, maddə 1170, ¹ 12 (I kitab), maddə 2478; 2019, ¹ 4, maddə
599) 7-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 7.0, 7.0.1 - 7.0.10-cu və
7.1-ci maddələr müvafiq
olaraq 7.1, 7.1.1 - 7.1.10-cu və
7.2-ci maddələr hesab
edilsin;
5.2. 7.1.10-cu maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
7.1.11-ci maddə əlavə
edilsin:
"7.1.11. uşaqlar arasında dövriyyəsi qadağan
edilən və ya məhdudlaşdırılan
informasiyanın yayılması
ilə bağlı
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş tələblərə
riayət edilməsi.”.
Maddə 6. "Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə
442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə
1989; 2017, ¹ 3, maddə 346; ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə
1266, ¹ 12 (I kitab), maddə
2255; 2018, ¹ 6, maddə 1161; 2019, ¹ 4, maddə 588, ¹ 7, maddə
1177) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 33.1.3-1-ci maddədə
"sağlamlığına və inkişafına ziyan vuran” sözləri
"zərərli” sözü
ilə əvəz edilsin və "istifadə imkanlarını”
sözlərindən sonra
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələbləri nəzərə
alınmaqla” sözləri
əlavə edilsin;
6.2. aşağıdakı
məzmunda 33.1.9-5-ci maddə
əlavə edilsin:
"33.1.9-5. "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
tələblərə riayət
etmək;”;
6.3. 34.1.2-1-ci maddədə
"sağlamlığına və inkişafına ziyan vuran” sözləri
"zərərli” sözü
ilə əvəz edilsin və "qorunması üçün”
sözlərindən sonra
"texniki proqram və avadanlıq vasitələrinin tətbiqi
ilə müvafiq” sözləri əlavə
edilsin.
Maddə 7. "Teatr
və teatr fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə
75; 2017, ¹ 1, maddə 9; 2018, ¹
12 (I kitab), maddə
2479) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 11.1.3-cü maddəyə
"adlarını” sözündən
sonra ", həmçinin
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununa
müvafiq olaraq tədbirin keçirilməsi
barədə afişaların
və digər elanların üzərində
tamaşanın aid edildiyi
yaş kateqoriyasına
dair işarəni” sözləri əlavə
edilsin;
7.2. 11.1.5-ci maddəyə
"yerini” sözündən
sonra ", o cümlədən
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununa
müvafiq olaraq tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni” sözləri əlavə
edilsin.
Maddə 8. Bu Qanun
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.- S.5.