“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Uşaqların zərərli
informasiyadan qorunması
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il
30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 20
noyabr tarixli 354 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 3 iyun tarixli 716 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
5 mart tarixli 833 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 3, maddə
235; 2014, ¹ 9, maddə 1027; 2017, ¹ 3, maddə 353; 2018, ¹ 9, maddə
1839; 2019, ¹ 3, maddə 410) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
haqqında Əsasnamə”nin
3.0.20-10-3.0.20-12-ci yarımbəndləri müvafiq olaraq
3.1.20-10-3.1.20-12-ci yarımbəndlər hesab olunsun və
aşağıdakı məzmunda
3.1.20-13-cü yarımbənd əlavə edilsin:
"3.1.20-13. "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
Azərbaycan Respublikası
Qanununun 7-ci və 14.2-ci
maddələrinə uyğun
olaraq internet informasiya
ehtiyatları vasitəsilə
yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən
animasiya filmlərinin),
kompüter və digər elektron oyunların işarələnmədiyi
və yaxud həmin Qanunun tələblərini pozmaqla
işarələndiyi barədə
məlumat əldə
etdikdə, bu informasiya məhsullarının
ekspertizasını təşkil
etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 dekabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.- S.5.