Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il 20 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Sonra Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə də baxılıb. Müraciət edənin özünün də iştirakı ilə aparılan müzakirələrdən sonra qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı iclasda, həmçinin 23 dekabr bələdiyyə seçkiləri və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S.7.