2020-ci il
fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə Azərbaycan Demokratik
Maarifçilik Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 20/94
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyası Ali Məclisinin 2019-cu il 12 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Fidan Firudin qızı Mirsalamova
Seymur Pənah oğlu Həmzəyev
Kənan Qulu oğlu Əsədov
Vüsal Saleh oğlu İsmayılov
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Xatirə Telman qızı Bəşirova
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.12.2019
Azərbaycan.- 2019.- 22 dekabr.-
S.7.