Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm
cənab Prezident.
Heydər Əliyev ilə dostluq münasibətlərimiz 45 il bundan əvvəl yaranmışdı. Onun dövründə Azərbaycan çox şanlı inkişaf yolu keçdi. Azərbaycanın daha da firavanlaşmasının təməli qoyuldu.
Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, onun oğlu, hazırkı Prezident İlham Əliyev bu fəaliyyəti uğurla davam etdirir. Onun dövründə Azərbaycan inkişaf etmiş dövlətə, həm regionda, həm də dünyada nüfuzlu qüvvəyə çevrilib. Buna ən yaxşı nümunələrdən biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sürətlə genişlənən fəaliyyəti və artan nüfuzudur.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı və Azərbaycanı firavanlaşma yolu ilə irəli aparmaq üçün qüvvə arzulayıram.
Hörmətlə,
Pyotr Luçinski
Moldovanın sabiq Prezidenti
Azərbaycan.-
2019.- 26 dekabr.- S. 4.