Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkənizin tolerantlıq diyarına çevrilməsi istiqamətində nümayiş etdirdiyiniz sadiqliyi və səyləri yüksək qiymətləndirirəm. Sizin müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülhdostluq şəraitində birgə yaşamasına dəstək göstərməyiniz və bunu təşviq etməyiniz dünya ölkələri üçün gözəl nümunədir. Siz həqiqətən də Nizami Gəncəvinin intellektual irsinin və təfəkkürünün layiqli davamçısısınız.

Sizə və ailənizə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.

 

Səmimiyyətlə,

 

Peter Medgyessi

 

Macarıstanın sabiq Baş Naziri,

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.