Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin siyasi müdrikliyinizböyük həyat təcrübəniz, dərin bilikləriniz, rəhbər və dövlət xadimi istedadınız haqlı olaraq Sizə təkcə Azərbaycanda deyil, həm də bütün dünyada hörmət qazandırıb.

İcazə verin, fürsətdən istifadə edərək, Böyük Vətən müharibəsinin xalqlarımızın tarixinə yazdığı qəhrəmanlıq və faciə səhifələri haqqında xatirənin qorunub saxlanması ilə bağlı çox mühüm məsələlərin həllində göstərdiyiniz köməyə və dəstəyə görə Sizə bir daha təşəkkürümü bildirim.

 

Möhtərəm İlham Heydər oğlu.

 

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, Azərbaycanın rifahı, ölkələrimizin xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi naminə səmərəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

 

Hörmətlə,

 

Nikolay Rıjkov

 

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.