Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə
ən səmimi təbriklərimi qəbul
edin.
Sizin çoxşaxəli
fəaliyyətiniz müasir,
suveren və çiçəklənən Azərbaycanın
təşəkkülü üçün böyük
əhəmiyyət kəsb
edir. Siz aydın baxışınız
və sarsılmaz iradəniz sayəsində
müasir dövrün
çoxsaylı siyasi
və iqtisadi çağırışlarını dəf edərək milli birliyin, mənəvi dəyərlərin
möhkəmlənməsində, ölkədə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük uğurlar qazanmısınız. Sizin Azərbaycan
xalqına sədaqətiniz
və öz ölkənizə ləyaqətlə
xidmət etməyiniz dahi atanız Heydər Əliyevin işinin davamıdır.
Bu əlamətdar gündə
Zati-alinizə səmimi
qəlbdən möhkəm
cansağlığı, Azərbaycan
xalqının rifahı
naminə fəaliyyətinizdə
uğurlar, Sizə və yaxınlarınıza
firavanlıq diləyirəm.
Səmimi hörmətlə,
İlyas Umaxanov
Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurası
sədrinin müavini
Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.