Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident.

 

Sizi doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və rifah diləyirəm. Tanrı Sizi və ailənizi daim qorusun. Xalqınızın və bəşəriyyətin rifahı və əmin-amanlığı naminə bütün nəcib təşəbbüslərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq fəaliyyətinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirim.

 

Hörmətlə,

 

Kerri Kennedi

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.