Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

 

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz beynəlxalq aləmdə ölçülüb-biçilmiş və konstruktiv qərarlar qəbul etməyi bacaran parlaq siyasətçi kimi yüksək nüfuz qazanmısınız. Rusiya ilə Azərbaycanı həmişə möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq telləri bağlayıb. Əminəm ki, ölkələrimiz strateji tərəfdaşlığın dərinləşməsi yolunu bundan sonra da davam etdirəcəklər.

Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm.

 

Hörmətlə,

 

Sergey Mironov

Rusiya Dövlət Dumasının "Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.