Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri cənab
Prezident.
Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizin rəhbərliyiniz və yorulmaz səyləriniz sayəsində beynəlxalq aləmdə öz yerini tutmuş Azərbaycan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlu nailiyyətlər qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Multikulturalizmin və tolerantlığın örnək modelinin formalaşdığı Azərbaycan Assambleyamızda da fəal təmsil olunaraq regional əməkdaşlığa, eləcə də Avrasiya regionunda sülh və təhlükəsizliyə önəmli töhfəsini verməkdədir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfəsini verməkdə davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm.
Yüksək hörmət
və ehtiramla,
Altınbek Mamayusupov
Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş
katibi
Azərbaycan.- 2019.- 26 dekabr.- S. 4.