“Tibbi
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci
bəndini rəhbər tutaraq qərara alır:
"Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1,
maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹
11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə 352; 2016,
¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr
36, 47) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci
maddə üzrə:
1.1.
1.0.1-ci maddədən "baza və əlavə hissələrdən
ibarət olmaqla” sözləri çıxarılsın;
1.2.
1.0.2-ci, 1.0.3-cü, 1.0.11-ci və 1.0.12-ci maddələr ləğv
edilsin;
1.3.
1.0.5-ci maddədə "vermək” sözü "etmək”
sözü ilə əvəz edilsin;
1.4.
1.0.6-cı, 1.0.7-ci, 1.0.8-ci, 1.0.10-cu və 1.0.14-cü maddələr
aşağıdakı redaksiyada verilsin:
"1.0.6.
sığortalı - bu Qanunda nəzərdə
tutulmuş hallarda öz adından və ya sığortaolunan
adından sığorta haqqı ödəyən şəxs;
1.0.7. sığortaolunan - sağlamlığı
icbari və ya könüllü qaydada
sığortalanmış fiziki şəxslər;
1.0.8. sığorta ödənişi - sığorta
hadisəsi baş verdikdə icbari tibbi sığortaya
münasibətdə xidmətlər zərfinə və tariflərə,
könüllü tibbi sığortaya münasibətdə isə
könüllü tibbi sığorta müqaviləsinə
uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb
müəssisəsinə və ya əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxsə ödənilən
maliyyə vəsaiti;”;
"1.0.10.
sığorta hadisəsi - bu Qanuna əsasən sığorta
ödənişinin ödənilməsi üçün əsas
olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik
tədbirlər);”;
"1.0.14.
tibbi ərazi bölməsi - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən onun tabeliyinə verilən dövlət
səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin
inzibati ərazi vahidləri üzrə
qruplaşdırılması;”;
1.5.
1.0.9-cu maddədə "sığorta ili” sözləri
"təqvim ili” sözləri ilə əvəz edilsin;
1.6.
1.0.13-cü maddədə "maliyyələşdirilməsi”
sözü "göstərilməsi” sözü ilə,
"tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi” sözləri "tibb müəssisəsi”
sözləri ilə əvəz edilsin;
1.7. aşağıdakı məzmunda 1.0.15-ci və
1.0.16-cı maddələr əlavə edilsin:
"1.0.15.
müştərək maliyyələşmə
məbləği - sığorta hadisəsi nəticəsində
yaranan itkilərin və ya dəyən zərərin icbari
tibbi sığorta təminatı ilə əhatə olunmayan və
sığortaolunan tərəfindən ödənilən hissəsidir;
1.0.16. tibb müəssisəsi - dövlət və ya
qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb
fəaliyyətini həyata keçirən hüquqi şəxs.”.
2. 2.1-ci
maddədə ", "İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının qanunlarından” sözləri
"Azərbaycan Respublikasının Qanunundan” sözləri
ilə əvəz edilsin.
3. 2-1-ci maddədə ", tibb təchizatçıları
və tibbi ərazi bölmələridir” sözləri "və
tibb müəssisələridir” sözləri ilə əvəz
edilsin.
4.
4.4-cü, 15-4.1.1-ci, 15-5.2.1-ci, 15-12.3-cü, 15-16.0.5-ci,
15-20.2-ci, 15-20.3-cü, 15-22-ci və 15-25.2-ci maddələr ləğv
edilsin.
5.
5.3-cü maddədə "təchizatçılarına”
sözü "müəssisələrinə” sözü ilə
əvəz edilsin.
6. 6.1.1-ci
maddədən "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada” sözləri çıxarılsın.
7.
7.1.2-ci, 7.1.4-cü, 7.1.5-ci, 13.1.1-ci, 13.1.2-ci, 13.2.1-ci,
13.2.3-cü və 15-ci maddələrdə ismin müvafiq
hallarında "tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi” sözləri ismin müvafiq hallarında
"tibb müəssisəsi” sözləri ilə əvəz
edilsin.
8.
13.1.3-cü maddədə "tibb təchizatçısının,
tibbi ərazi bölməsinin” sözləri "tibb müəssisəsinin”
sözləri ilə əvəz edilsin.
9.
15-1.0.4-cü maddədə "sığorta haqlarının
sığorta ödənişlərinə” sözləri
"sığorta ödənişlərinin sığorta
haqlarına” sözləri ilə əvəz edilsin.
10.
15-1.0.5-ci maddədən "sığortalılar tərəfindən”
sözləri çıxarılsın.
11. 15-2-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 15-2. İcbari tibbi sığorta üzrə
sığortalı və sığortaolunanlar
15-2.1. Azərbaycan Respublikasının vətəndaşları,
Azərbaycan Respublikasında qaçqın statusu almış
və BMT-nin Qaçqınlar üzrə Ali komissarının
Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən
himayəyə götürülmüş əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
sığortaolunan hesab edilir.
15-2.2.
Sığortalılar aşağıdakı kateqoriyalara
bölünürlər:
15-2.2.1.
Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən vəzifəyə təyin olunan
şəxslərə münasibətdə onların təyin
olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli
vəzifə tutan şəxslərə münasibətdə
isə onların seçildiyi dövlət və ya bələdiyyə
orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq bağlanmış və
hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə
əsasən işləyən şəxslərə (o
cümlədən, digər əsaslara muzdlu işə cəlb
olunan şəxslər) münasibətdə isə
sığortalı qismində işəgötürənlər
(işə cəlb edən şəxslər)
çıxış edir;
15-2.2.2.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
əsasən sahibkarlıq fəaliyyətinin və ya digər
vergi tutulan əməliyyatlarının müvəqqəti
dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi
kimi vergi uçotuna alınmış fiziki şəxslər
(fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər
kollegiyasının üzvləri) sığortalı qismində
özləri çıxış edirlər;
15-2.2.3.
mülki-hüquqi müqavilələr əsasında işləri
(xidmətləri) yerinə yetirən fiziki şəxslərə
münasibətdə sığortalı qismində onları
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edən şəxslər çıxış edir;
15-2.2.4. bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində
nəzərdə tutulan şəxslərdən başqa digər
sığortaolunanlar sığortalı qismində özləri
çıxış edirlər.
15-2.3. Bu
Qanun müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçulara, həbs edilmiş şəxslərə,
müəyyən müddətə azadlıqdan məhrumetmə
və ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən şəxslərə
(məntəqə tipli cəzaçəkmə müəssisələri
istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci,
15-2.2.3-cü maddələrində göstərilən şəxslərə
aid olunduğu hallar istisna olmaqla, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə əsasən
Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti
və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə şamil edilmir.”.
12.
15-3-cü maddə üzrə:
12.1. adında "Tibbi ərazi bölmələrinin
və tibb təchizatçılarının” sözləri
"Tibb müəssisələrinin” sözləri ilə əvəz
edilsin;
12.2.
15-3.1-ci maddədə "tibb təchizatçıları və
ya tibbi ərazi bölmələri” sözləri "tibb
müəssisələri” sözləri ilə əvəz
edilsin;
12.3.
15-3.2-ci maddədə "Tibb təchizatçılarının
və ya tibbi ərazi bölmələrinin” sözləri
"Tibb müəssisələrinin” sözləri ilə əvəz
edilsin;
12.4.
15-3.3-cü maddədə "tibb təchizatçısı
və ya tibbi ərazi bölməsi arasında tibbi xidmətlərin
maliyyələşdirilməsi” sözləri "tibb müəssisəsi
arasında tibbi xidmətlərin göstərilməsi”
sözləri ilə əvəz edilsin.
13.
15-4-cü maddə üzrə:
13.1.
15-4.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15-4.1.2.
bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları
nəzərə alınmaqla tibb müəssisəsini, habelə
həkimi seçmək və bu Qanunla nəzərdə
tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq
tibbi xidmətlərdən istifadə etmək;”;
13.2.
15-4.1.3-cü, 15-4.1.5-ci (hər iki halda), 15-4.2.1-ci və
15-4.2.2-ci maddələrdə ismin müvafiq hallarında
"tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi” sözləri ismin müvafiq hallarında
"tibb müəssisəsi” sözləri ilə əvəz
edilsin.
14.
15-6-cı maddə üzrə:
14.1. adında "sığortalıların
(sığortaolunanların)” sözləri
"sığortaolunanların” sözü ilə əvəz
edilsin;
14.2.
15-6.1-ci maddədən "sığortalı və” sözləri
çıxarılsın;
14.3.
15-6.2-ci maddədə "15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və
15-2.3.5-ci” sözləri "15-2.2.1-ci, 15-2.2.2-ci və
15-2.2.3-cü” sözləri ilə əvəz edilsin və həmin
maddədən "və sığortalıların” sözləri
çıxarılsın;
14.4.
15-6.3-cü maddədən "Sığortalı və
sığortaolunanların” sözləri
"Sığortaolunanların” sözü ilə əvəz
edilsin.
15. 15-7-ci
maddə üzrə:
15.1. adında "tibb təchizatçısının
və ya tibbi ərazi bölməsinin” sözləri "tibb
müəssisəsinin” sözləri ilə əvəz
edilsin;
15.2.
15-7.1-ci və 15-7.2-ci maddələrdə "Tibb təchizatçısının
və ya tibbi ərazi bölməsinin” sözləri "Tibb
müəssisəsinin” sözləri ilə əvəz
edilsin;
15.3.
15-7.2.1-ci və 15-7.2.2-ci maddələrdə "maliyyələşdirilməsi”
sözü "göstərilməsi” sözü əvəz
edilsin;
15.4.
15-7.2.7-ci maddədə "maliyyələşdirilməsi”
sözü "göstərilməsi” sözü ilə,
"tibb təchizatçısı və ya tibbi ərazi
bölməsi” sözləri "tibb müəssisəsi”
sözləri ilə, "tibb təchizatçısına və
ya tibbi ərazi bölmələrinə” sözləri
"tibb müəssisəsinə” sözləri ilə əvəz
edilsin.
16. 15-8-ci
maddə üzrə:
16.1.
15-8.1.4-cü və 15-8.1.5-ci maddələrdə "maliyyələşdirilməsi”
sözü "göstərilməsi” sözü ilə əvəz
edilsin;
16.2.
15-8.1.4-cü, 15-8.1.5-ci (hər iki halda) və 15-8.2.3-cü
maddələrdə ismin müvafiq hallarında "tibb təchizatçısı
və ya tibbi ərazi bölməsi” sözləri ismin
müvafiq hallarında "tibb müəssisəsi” sözləri
ilə əvəz edilsin;
16.3.
15-8.2.6-cı maddəyə (birinci halda) "icbari tibbi”
sözlərindən sonra "sığorta üzrə”
sözləri əlavə edilsin.
17. 15-9-cu
maddə üzrə:
17.1.
15-9.0-cı maddə 15-9.1-ci maddə hesab edilsin;
17.2.
15-9.1.1-ci maddəyə "sığorta haqları” sözlərindən
sonra ", o cümlədən dövlət büdcəsinin vəsaiti
hesabına ödənilən sığorta haqları” sözləri
əlavə edilsin;
17.3.
15-9.1.2-ci, 15-9.1.5-ci, 15-9.1.7-ci maddələr ləğv
edilsin;
17.4.
15-9.1.4-cü maddədə "investisiyaya yönəldilməsi”
sözləri "idarə olunması” sözləri ilə əvəz
edilsin;
17.5.
15-9.1.6-cı və 15-9.1.8-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
"15-9.1.6.
müştərək maliyyələşmə məbləği;”;
"15-9.1.8.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada cəlb edilmiş borc;”;
17.6.
15-9.1.10-cu maddəyə "cərimələrdən”
sözündən sonra ", maliyyə sanksiyalarından”
sözü əlavə edilsin;
17.7. aşağıdakı məzmunda 15-9.2-ci maddə
əlavə edilsin:
"15-9.2.
Bu Qanunun 15-2.2.1 - 15-2.2.3-cü maddələrində nəzərdə
tutulmuş sığortalı tərəfindən bu Qanunun tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əsasən vergi orqanları tərəfindən
tətbiq edilən maliyyə sanksiyası məbləğinin
50 faizi və sığorta haqqının ödənilməsinin
gecikdirilməsinə görə hesablanan faiz məbləğinin
30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və
işçilərinin sosial müdafiəsini gücləndirmək
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) hesabına
köçürülür. Bu vəsaitlərin
bölgüsü və onlardan istifadə qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən olunur.”.
18.
15-10-cu və 15-11-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
"Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta
haqları
15-10.1.
İcbari tibbi sığorta üzrə sığorta
haqları aşağıdakı məbləğlərdə
və dərəcələrdə müəyyən edilir:
15-10.1.1.
bu Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş
şəxslər üzrə - dövlət büdcəsinin vəsaiti
hesabına tam təqvim ili
üçün adambaşına 90 manat;
15-10.1.2.
muzdla işləyən fiziki şəxslər, hərbi
qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla), Azərbaycan
Respublikasının Milli Məclisi və ya müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən vəzifəyə təyin olunan
şəxslər, seçkili ödənişli vəzifə
tutan şəxslər üzrə - sığortalı tərəfindən
işçinin əməkhaqqının 8000 manatadək olan
hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən
0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının
8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan
yuxarı olan hissəsindən 0,5 faiz;
15-10.1.3.
bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə
tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının
4 faizi;
15-10.1.4.
bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə
tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin
8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı
olan hissəsinin 1 faizi;
15-10.1.5.
bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə
tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının
48 faizi;
15-10.1.6.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək
daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan
Respublikasının ərazisinə idxal olunan avtomobil
benzininin, dizel yanacağının və maye qazın hər
litrinə görə - 0,02 manat;
15-10.1.7.
vergi ödəyiciləri tərəfindən araq (vodka),
tündləşdirilmiş içkilər və tündləşdirilmiş
içki materialları, likyor və likyor məmulatlarının
hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin
0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə
tərkibli digər içkilərin hər litrinə görə
tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı,
siqarilla (nazik siqarlar) və tütündən hazırlanan
siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə
görə tətbiq edilən aksiz dərəcəsinin 1,5
manatı və energetik içkilərin hər litrinə görə
tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.
15-10.2. Bu
Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş
sığorta haqları 2021-ci il
yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə
üzrə istehlak qiymətləri indeksinin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə
uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən
sığorta haqları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi
internet saytında yerləşdirilir.
Maddə 15-11. İcbari tibbi sığorta haqlarının
hesablanması, ödənilməsi və hesabatın təqdim
olunması
15-11.1. Bu Qanunun 15-9.1.6-cı maddəsində göstərilən
maliyyə mənbələri istisna olmaqla, icbari tibbi
sığortanın maliyyə mənbələri üzrə
daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə
tutulan sığorta haqqı dövlət büdcəsinin vəsaiti
hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 16-4.2-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, hər ay
üçün bərabər hissələrlə növbəti
ayın 15-dən gec olmayaraq ödənilir.
15-11.3. Bu
Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan
sığorta haqqı sığortalı tərəfindən
hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş forma üzrə bəyannamə təqdim
edilir, əməkhaqqı ödənişləri ilə eyni
vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə
ödənilir.
15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə
tutulan sığorta haqqı hər ay üçün
hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş forma üzrə bəyannamə təqdim edilir və
sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə
ödənilir.
15-11.5. Bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə
tutulan sığorta haqqı hər ay üçün
hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş forma üzrə bəyannamə təqdim edilir və
sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə
ödənilir.
15-11.6. Bu
Qanunun 15-10.1.5-ci maddəsində nəzərdə tutulan
sığorta haqqı tam məbləğdə hər təqvim
ili üçün yanvar ayının 15-dək
icbari tibbi sığorta fonduna ödənilir.
15-11.7. Azərbaycan Respublikasının ərazisində
benzinin, dizel yanacağının və maye qazın
istehsalı və idxalı ilə məşğul olan vergi
ödəyiciləri sığorta haqqını aylıq
olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş forma üzrə bəyannamə təqdim edir və
hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə
tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci
maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.
15-11.9. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə
tutulan sığorta haqqının ümumi məbləğinin
hesablanması qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən
edir.
15-11.10. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə
tutulan şəxslər tərəfindən sığorta
haqqının ödənilməsi müddətləri
pozulduqda, bu Qanunun 15-10.1.5-ci maddəsində müəyyən
olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə
sığorta haqqı ödəyirlər.
15-11.11. Bu Qanunun 15-11.10-cu maddəsində nəzərdə
tutulan faizlər sığorta haqqının ödənilmədiyi
bütün müddətə hər ay üçün, lakin
bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş
sığorta haqları və əlavə sığorta
haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili
üçün hesablanır.
15-11.12.
Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan
şəxslər tərəfindən sığorta
haqqının ödəmək öhdəliyi təqvim ili ərzində
yarandıqda, həmin şəxslər üçün
sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin
yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti
ayların sayına vurulmaqla hesablanır.”.
19.
15-12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15-12.2. İlkin səhiyyə xidməti, habelə təcili
və təxirəsalınmaz tibbi yardım istisna olmaqla,
sığorta haqları ödənilmədiyi hallarda xidmətlər
zərfi çərçivəsində
sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti
hesabına göstərilir.”.
20.
15-13-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 15-13. İcbari tibbi sığorta şəhadətnaməsi
15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi
sığortaolunanın icbari tibbi sığorta çərçivəsində
göstərilən tibbi xidmətlərdən istifadə
hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
elektron informasiya sistemində yaradılan elektron sənəddir.
15-13.2.
İcbari tibbi sığorta şəhadətnaməsinin
nümunəvi forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”.
21.
15-14-cü maddədə "icbari tibbi sığorta
müqaviləsinin qüvvədə olduğu müddət”
sözləri "təqvim ili” sözləri ilə əvəz
edilsin.
22.
15-15-ci maddə üzrə:
22.1.
15-15.1-ci maddədə "Xidmətlər zərfinin baza hissəsində
nəzərdə tutulmuş ilkin” sözləri "İlkin”
sözü ilə, "tibbi ərazi bölməsinə”
sözləri "dövlət tibb müəssisəsinə”
sözləri ilə əvəz edilsin;
22.2.
15-15.2-ci maddədə "tibbi ərazi bölməsinə”
sözləri "dövlət tibb müəssisəsinə”
sözləri ilə əvəz edilsin;
22.3.
15-15.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"15-15.3. İlkin səhiyyə xidməti istisna
olmaqla, xidmətlər zərfində nəzərdə
tutulmuş digər tibbi xidmətlərin göstərilməsi
üzrə sığorta ödənişləri xidmətlər
zərfinin şərtlərinə və tariflərinə
uyğun olaraq tibbi xidmətlərin göstərilməsi
haqqında müqavilədə qeyd olunmuş həcmdə
ödənilir.”.
23.
15-16.0-cı maddədən "müqaviləsi” sözü
çıxarılsın.
24.
15-17-ci maddə üzrə:
24.1.
15-17.2-ci maddə (15-17.2.1-15-17.2.5-ci maddələr istisna
olmaqla) aşağıdakı redaksiyada verilsin:
"15-17.2.
Xidmətlər zərfi aşağıdakıları ehtiva
edir:”;
24.2.
15-17.2.3-cü maddədə "azadolma” sözü
"müştərək maliyyələşmə” sözləri
ilə əvəz edilsin.
25.
15-18-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 15-18. Müştərək
maliyyələşmə məbləği
15-18.1. Müştərək maliyyələşmə məbləği
tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə
birbaşa ödənilir.
15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə
ödənilən sığorta ödənişinin məbləği
müştərək maliyyələşmə məbləği
həcmində azaldılır.
15-18.3.
Müştərək maliyyələşmə məbləği
xidmətlər zərfi ilə müəyyən olunur.”.
26.
15-19-cu maddənin adında və mətnində "maliyyələşdirilməsi”
sözü "göstərilməsi” sözü ilə əvəz
edilsin.
27.
15-21-ci maddə üzrə:
27.1.
15-21.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15-21.1.2.
sığorta ehtiyatlarının yaradılmasına;”;
27.2.
15-21.1.3-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 15-21.1.4-cü maddə
əlavə edilsin:
"15-21.1.4.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan
digər məqsədlərə.”;
27.3.
15-21.2-ci maddə ləğv edilsin;
27.4.
15-21.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun
istifadə olunmamış vəsaitləri sığorta
ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə
yönəldilə bilər.”;
27.5. aşağıdakı məzmunda 15-21.5-ci maddə
əlavə edilsin;
"15-21.5. Bu Qanunun 15-21.1.2-ci maddəsində nəzərdə
tutulan sığorta ehtiyatlarının yaradılması və
onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”.
28.
15-23.1-ci maddədə "müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən”
sözləri "xidmətlər zərfi ilə” sözləri
ilə əvəz edilsin.
29.
15-24.1-ci və 15-24.2-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
"15-24.1.
Bu Qanunun 15-2.2.1 - 15-2.2.3-cü maddələrində nəzərdə
tutulmuş şəxslərə münasibətdə
sığorta haqqının hesablanmasına və ödənilməsinə
nəzarət, sığorta haqları üzrə hesabatın
vaxtında təqdim edilməməsinə, hesablanmış
sığorta haqlarının azaldılmasına və ya
yayındırılmasına görə maliyyə
sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə
yaranmış borcların alınması, sığorta
haqqının vaxtında ödənilməməsinə
görə faizlərin hesablanması və artıq ödənilmiş
sığorta haqqının qaytarılması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən Azərbaycan Respublikasının
Vergi Məcəlləsində müəyyən olunmuş
qaydada həyata keçirilir.
15-24.2. Bu
Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər
istisna olmaqla, digər şəxslərə münasibətdə
sığorta haqqının hesablanmasına və ödənilməsinə
nəzarət müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.”.
30.
15-26-cı maddə üzrə:
30.1.
15-26.2-ci maddədə "iqtisadi” sözü
"tibbi-iqtisadi” sözləri ilə əvəz edilsin;
30.2.
15-26.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"15-26.3. Tibbi-iqtisadi ekspertiza göstərilmiş
tibbi xidmətin müddətlərinin və həcminin, o
cümlədən tibb müəssisəsi tərəfindən
hesablanmış sığorta ödənişi məbləğinin
tibbi xidmətlərin göstərilməsi haqqında
müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə
və tibb müəssisəsinin hesabat sənədlərinə
uyğunluğunu müəyyən edir. Tibbi-iqtisadi ekspertizanın
aparılması və nəticələrinin rəsmiləşdirilməsi
qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər,
ilkin tibbi sənədlərin siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.”.
31.
15-28-ci maddə üzrə:
31.1.
15-28.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15-28.1.
Xidmətlər zərfində sığortaolunanın tibbi
xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət
etmək hüququ nəzərdə tutulduğu hallar istisna
olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator,
funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə
ilkin səhiyyə xidmətlərini göstərən
dövlət tibb müəssisəsinin göndərişinə
əsasən yol verilir.”;
31.2.
15-28.2-ci maddədə "zərfinin əlavə hissəsi”
sözləri "zərfi” sözü ilə, "tibb təchizatçısının
və ya tibbi ərazi bölməsinin” sözləri "tibb
müəssisəsinin” sözləri ilə əvəz
edilsin;
31.3.
15-28.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"15-28.3.
İlkin səhiyyə xidmətinə müraciət etmədən
birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən
istifadə etdikdə sığortaolunan müştərək
maliyyələşmə məbləği ödəməlidir.”;
31.4. aşağıdakı məzmunda 15-28.4-cü
maddə əlavə edilsin:
"15-28.4. Sığortaolunan icbari tibbi sığorta
çərçivəsində tibbi xidmətlərdən
istifadə etmək məqsədilə yönləndirildiyi
tibbi ərazi bölməsindən kənar yerləşən
dövlət tibb müəssisəsinə müraciət
etdikdə müştərək maliyyələşmə məbləği
ödəməlidir.”.
32.
15-29-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 15-29. Gözləmə
müddəti
Xidmətlər zərfində nəzərdə
tutulduğu təqdirdə, xidmətlər zərfinə daxil
olan tibbi xidmətlərin göstərilməsinə gözləmə
müddəti tətbiq edilir. Gözləmə müddətinin tətbiq
edildiyi tibbi xidmətlər və gözləmə müddətinin
hesablanması qaydası xidmətlər zərfi ilə müəyyən
edilir.”.
33.
16-cı maddə üzrə:
33.1.
16.1-ci maddədə "müqaviləsinin
bağlanılmasından imtina edilməsi, sığorta
haqlarının hesablanması üçün məbləğlərin
gizlədilməsi və ya aşağı salınması,”
sözləri "üzrə sığorta haqlarının
gizlədilməsi və ya” sözləri ilə əvəz
edilsin;
33.2.
16.2-ci maddədə "təchizatçısı”
sözü "müəssisəsi” sözü ilə əvəz
edilsin;
33.3.
16.3-cü maddədə "təchizatçıları”
sözü "müəssisələri” sözü ilə əvəz
edilsin.
34.
16-1.1-ci və 16-1.2-ci maddələrdə "tibb təchizatçıları
və tibbi ərazi bölmələri” sözləri "tibb
müəssisələri” sözləri ilə əvəz
edilsin.
35. aşağıdakı məzmunda 16-4-cü
maddə əlavə edilsin:
"Maddə 16-4. Keçid müddəaları
16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi
vahidləri üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş ardıcıllıq nəzərə
alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli
şəkildə tətbiq olunur.
16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən
müəyyən edilmiş mərhələlərə
uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə
tutulan sığorta haqqının ödənilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16-4.3. Bu
Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının
8000 manatadək hissəsindən ödənilən
sığorta haqqının məbləğinə neft-qaz sahəsində
fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən
sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz
güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri
üçün neft-qaz sahəsində fəaliyyətin və
qeyri-dövlət sektorunun meyarları Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə və
"Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada müəyyən edilir.
16-4.4. Bu
Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü,
15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə
müştərək maliyyələşmə məbləğinə
aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri
2020-ci il aprelin 1-dən qüvvəyə
minir.
16-4.5. Bu
Qanunun 15-10.1.5-ci maddəsi 2023-cü il
yanvarın 1-dən qüvvəyə minir.
16-4.6. Bu
Qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə
tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən
qüvvəyə minir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 26 dekabr.- S. 6.