Ümumdünya Poçt
İttifaqının Ümumi Reqlamentlərinə
Birinci Əlavə Protokola
qoşulmaq haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 26 dekabr.- S. 7.