Azərbaycan
Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
14-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I
kitab), maddə 126; 2002, ¹12, maddə 702; 2004, ¹ 7, maddə 505;
2006, ¹ 2, maddə 66, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1005,
1006; 2007, ¹ 1, maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹
12, maddə 1218; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 2, maddə 70, ¹ 3,
maddə 171, ¹ 5, maddə 380, ¹ 7, maddə 578; 2011, ¹ 7, maddələr
585, 620, ¹ 12, maddə 1110; 2014, ¹ 12, maddə 1515; 2019, ¹ 2, maddə
185, ¹ 5, maddə 800) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 52-ci
maddənin üçüncü cümləsində "bilər”
sözü ", habelə qərar qəbul edərkən 7
yaşına çatmış uşağın fikrini öyrənə
və nəzərə ala bilər” sözləri ilə əvəz
edilsin;
1.2.
65.2-ci maddədə "ərizəsinə,” sözündən
sonra "müvafiq icra hakimiyyəti orqanının,” sözləri
əlavə edilsin;
1.3.
74.4-cü və 79.2-ci maddələrdə "tərbiyə,
müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində
və digər analoji müəssisələrdə” sözləri
"sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilsin;
1.4.
114-cü maddə üzrə:
1.4.1.
114.1-ci maddədə "tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində və digər
analoji müəssisələrdən” sözləri "sosial
xidmət müəssisələrindən” sözləri ilə
əvəz edilsin;
1.4.2.
114.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"114.2.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar
edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn
himayəsindən məhrum olmağın konkret
hallarını nəzərə almaqla 1 (bir) ay müddətində
həmin uşaqların bu Məcəllənin 116.1-ci maddəsinə
uyğun olaraq yerləşdirilməsini (övladlığa
vermə istisna olmaqla) təmin edir.”;
1.5. 115-ci
maddə üzrə:
1.5.1. adından "və uçotu” sözləri
çıxarılsın;
1.5.2.
115.3-cü maddədə "tərbiyə, müalicə, əhalinin
sosial müdafiəsi və digər analoji müəssisələrin”
sözləri "sosial xidmət müəssisələrinin”
sözləri ilə əvəz edilsin;
1.5.3.
115.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"115.4.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən
məhrum olmuş uşaqları aşkar etdikdən və bu Məcəllənin
114.1-ci maddəsində göstərilmiş məlumatları
aldıqdan sonra həmin uşaq haqqında bu Məcəllənin
119.2.1-ci və 119.2.3-cü maddələrində göstərilən
məlumatları dərhal müvafiq icra hakimiyyəti
orqanının Mərkəzləşdirilmiş elektron
informasiya sisteminə (bundan sonra - elektron informasiya sistemi) daxil
edirlər.”;
1.5.4.
115.5-ci və 115.6-cı maddələr ləğv edilsin;
1.5.5.
115.7-ci maddədə "115.5-ci” sözləri
"115.4-cü” sözləri ilə əvəz edilsin;
1.6.
116.1-ci maddədə "və ya yetim uşaqlar
üçün nəzərdə tutulmuş tərbiyə,
müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə
və digər analoji müəssisələrə verilə
bilərlər” sözləri "uşaqlar üçün
sosial xidmət müəssisələrinə verilirlər”
sözləri ilə əvəz edilsin;
1.7. 117-ci
maddə üzrə:
1.7.1.
117.5-ci maddədə "uşaqların,” sözündən
sonra ", habelə Azərbaycan Respublikasının vətəndaşı
olmayan, lakin bu Məcəlləyə uyğun olaraq vahid
uçota alınmış uşaqların,” sözləri əlavə
edilsin;
1.7.2.
117.6-cı maddəyə "Uşaqlar” sözündən
sonra "(bu Məcəllənin 117.6-1-ci maddəsində
göstərilən hal istisna olmaqla)” sözləri əlavə
edilsin və həmin maddədə "115.5-ci” sözləri
"119.1-ci” sözləri ilə, "ümumi uçota
götürüldüyü” sözləri "vahid
uçota alındığı” sözləri ilə əvəz
edilsin;
1.7.3. aşağıdakı məzmunda 117.6-1-ci maddə
əlavə edilsin:
"Azərbaycan
Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəllənin
119.1-ci maddəsinə uyğun olaraq vahid uçota
alınmış uşaqların Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan
Respublikası vətəndaşlarına, uşaqların
qohumu olmayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə övladlığa verilməsinə
1 (bir) il müddət keçdikdən sonra yol verilir.”;
1.7.4.
117.7-ci maddə ləğv edilsin;
1.8. 118-ci
və 119-cu maddələr aşağıdakı redaksiyada
verilsin:
"Maddə 118. Övladlığa götürmə qaydası
118.1.
Övladlığa götürmə üç mərhələdə
həyata keçirilir:
118.1.1. övladlığa götürmək istəyən
şəxsin (şəxslərin) uçota alınması;
118.1.2. övladlığa götürmənin
uşağın mənafeyinə uyğunluğunun müəyyən
edilməsi;
118.1.3. övladlığa götürmə barədə
məhkəmə qərarının qəbul edilməsi.
118.2.
Övladlığa götürmək istəyən şəxsin
(şəxslərin) uçota alınması bu Məcəllənin
119-cu maddəsinə uyğun olaraq həyata keçirilir.
118.3.
Övladlığa götürmənin uşağın mənafeyinə
uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən
1 (bir) ildən çox olmayan müddətdə
aşağıdakı qaydada müəyyən edilir:
118.3.1. övladlığa götürmək istəyən
şəxslə (şəxslərlə) müsahibə
aparılması;
118.3.2. övladlığa götürmək istəyən
şəxslərin təlimlərə cəlb edilməsi;
118.3.3. övladlığa götürmək istəyən
şəxsə uyğun uşağın, övladlığa
götürülən uşağa uyğun valideynin
seçilməsi;
118.3.4. övladlığa götürülən
uşaqla övladlığa götürmək istəyən
şəxsin (şəxslərin) uşağın yerləşdiyi
müəssisədə görüşünün təşkili;
118.3.5. övladlığa götürülən
uşağın sınaq müddətində uşağı
övladlığa götürmək istəyən şəxsin
(şəxslərin) evində yerləşdirilməsi.
118.4.
Valideyn himayəsindən məhrum olmuş uşaqların
övladlığa götürülməsi, o cümlədən
Azərbaycan Respublikasının vətəndaşı olan
uşaqların əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
118.5.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa
götürmənin məqsədləri, övladlığa
götürmək istəyən şəxsin (şəxslərin)
həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin
övladlığa götürməyə münasibətini
öyrənmək məqsədilə elektron informasiya sistemində
uçota alınma ardıcıllığına uyğun
olaraq seçilmiş övladlığa götürmək
istəyən şəxslə (şəxslərlə)
müsahibə keçirir, habelə bu Məcəllənin
118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya
uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət
şəraitinin müayinəsini aparır.
118.6.
Öz ölkələrində övladlığa
götürmə ilə bağlı təlim keçmiş əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
istisna olmaqla, müsahibədən keçmiş
övladlığa götürmək istəyən şəxs
(şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
övladlığa götürmə ilə bağlı 30
(otuz) gündən çox olmayan müddətdə təlimlərə
cəlb edilir. Öz ölkəsində
övladlığa götürmə ilə bağlı təlim
keçməsi barədə təsdiqedici sənəd
(sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
118.7. Təlimin
nəticələri bu Məcəllənin 118.4-cü maddəsində
nəzərdə tutulmuş qayda ilə müəyyən edilən
meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qiymətləndirilir.
118.8. Təlimin
nəticələri müsbət qiymətləndirildikdə,
müvafiq icra hakimiyyəti orqanı, övladlığa
götürmək istəyən şəxsin (şəxslərin)
və valideyn himayəsindən məhrum olmuş
uşağın istək və mənafeyini nəzərə
almaqla, övladlığa götürülən uşağa
uyğun valideyn və övladlığa götürmək
istəyən şəxsə (şəxslərə)
uyğun uşaq seçir və uşağın yerləşdiyi
müəssisədə sosial işçinin iştirakı ilə
onların görüşünü (görüşlərini)
təşkil edir.
118.9. Bu Məcəllənin 118.8-ci maddəsində nəzərdə
tutulmuş görüşün (görüşlərin) nəticəsinə
dair sosial işçinin hesabatı nəzərə
alınmaqla, müvafiq icra hakimiyyəti orqanı
uşağın övladlığa götürmək istəyən
şəxsin (şəxslərin) ailəsində sınaq
müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi
barədə qərar qəbul edir. Uşaq
övladlığa götürmək istəyən şəxsin
(şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti
orqanı və övladlığa götürmək istəyən
şəxs (şəxslər) arasında bağlanmış
müqavilə əsasında yerləşdirilir.
118.10.
Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan övladlığa götürmək istəyən
şəxsin (şəxslərin), o cümlədən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
ailəsində sınaq müddətində həmin şəxslərin
Azərbaycan Respublikasında mülkiyyətində
yaşayış sahəsi olduğu hallarda həmin
yaşayış sahəsində, əks halda Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə uyğun
olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra
həmin yerlərdə yerləşdirilir.
118.11.
Sosial işçi uşağın övladlığa
götürmək istəyən şəxsin (şəxslərin)
ailəsində sınaq müddətində yerləşdirilməsinin
monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi
olduqda uşaq sosial xidmət müəssisəsinə
qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən
bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə
tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri
görülür.
118.12.
Müvafiq icra hakimiyyəti orqanı uşağın
övladlığa götürmək istəyən şəxsin
(şəxslərin) ailəsində sınaq müddətində
yerləşdirilməsinin nəticələrinə əsasən
övladlığa götürmənin uşağın mənafeyinə
uyğunluğu barədə rəy verir.
118.13.
Müvafiq icra hakimiyyəti orqanının uşağın
övladlığa götürülməsi ilə
bağlı rəyi müsbət olduqda, uşağı
övladlığa götürmək istəyən şəxs
(şəxslər) həmin rəylə birlikdə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq ərizə ilə məhkəməyə
müraciət edir. Məhkəmənin
müvafiq qərarı qəbul edilənədək, habelə
məhkəmə tərəfindən uşağın
övladlığa verilməsi barədə müsbət qərar
qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi
ilə müəyyən edilmiş sınaq müddəti həmin
qərarın qanuni qüvvəyə mindiyi günədək
uzadılır. Müvafiq icra hakimiyyəti
orqanının uşağın övladlığa verilməsi
ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə
uşağın övladlığa verilməsindən imtina
olunması barədə qərar qəbul etdikdə uşaq
yerləşdiyi müəssisəyə qaytarılır və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin
118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya
uyğun olaraq reabilitasiya tədbirləri görülür.
118.14.
Müvafiq icra hakimiyyəti orqanının övladlığa
götürmənin övladlığa götürülən
uşağın mənafeyinə uyğunluğu haqqında rəyi
mənfi olduqda, uşağı övladlığa
götürmək istəyən şəxs (şəxslər)
bu Məcəllənin 118.3-cü (bu Məcəllənin
118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən
edilmiş prosedurları təkrar keçməlidirlər.
118.15.
Uşaq yaxın qohumlar (bacı-qardaş, nənə-baba,
valideynlərinin bacıları, qardaşları, onların
övladları) tərəfindən övladlığa
götürüldükdə, bu Məcəllənin 118.1.1-ci
və 118.3.1-ci maddələrinin tələbləri həmin
şəxslərə də şamil edilir.
118.16.
Uşaq ögey ata, ögey ana tərəfindən
övladlığa götürüldükdə (hər iki
valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin
118.3-cü maddəsinin tələbləri onlara şamil
olunmur.
118.17. Azərbaycan Respublikası vətəndaşı
olan uşaqlar əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürüldükdə,
uşağı övladlığa götürmək istəyən
şəxsə (şəxslərə) hüquqi yardım akkreditə
edilmiş orqan tərəfindən həyata keçirilir.
118.18.
Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
118.19.
Övladlığa götürmək istəyən şəxsin
(şəxslərin) və övladlığa
götürülən uşaqların hüquq və vəzifələri
məhkəmənin uşağın övladlığa
götürülməsinin müəyyən olunması barədə
qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən
yaranır.
118.20. Məhkəmə
uşağın övladlığa götürülməsi
barədə qətnamənin qüvvəyə mindiyi gündən
3 (üç) gün müddətində bu qətnamədən
çıxarışı müvafiq icra hakimiyyəti
orqanına göndərməyə borcludur.
118.21.
Uşağın övladlığa götürülməsi
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı üçün müəyyən
olunmuş qaydada qeydiyyata alınır.
118.22.
Övladlığa götürmə barədə qərar məhkəmə
tərəfindən uşağı övladlığa
götürmək istəyən şəxsin (şəxslərin),
Azərbaycan Respublikasının vətəndaşı olan
uşaq əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürüldüyü zaman isə
övladlığa götürmək istəyən şəxs
(şəxslərin) və ya onların müraciəti əsasında
akkreditə edilmiş orqanın ərizəsi əsasında qəbul
edilir. Övladlığa götürmə barədə
ərizəyə müvafiq icra hakimiyyəti orqanının
iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə
tutulmuş xüsusi icraat qaydasında baxılır.
118.23.
Ögey ata (ögey ana) tərəfindən
övladlığa götürülmə zamanı məhkəmə
prosesində müvafiq icra hakimiyyəti orqanının
iştirakı tələb olunmur.
118.24.
Ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs
(yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin
bacıları, qardaşları, onların övladları)
istisna olmaqla) tərəfindən övladlığa
götürmə əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürməyə bərabər
tutulur.”;
"Maddə 119. Valideyn himayəsindən məhrum olmuş və
övladlığa götürülən uşaqların və
övladlığa götürmək istəyən şəxslərin
uçotu
119.1.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən
məhrum olmuş və övladlığa götürülən
uşaqların və övladlığa götürmək
istəyən şəxsin (şəxslərin) vahid informasiya
bazasını yaratmaq məqsədilə elektron informasiya
sistemində "e-sosial” internet portalı üzərindən
dövlət orqanlarının (qurumlarının)
apardığı elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə etməklə
onların vahid uçotunu bu maddənin tələbləri nəzərə
alınmaqla elektron formada aparır.
119.2. Bu Məcəllənin
119.1-ci maddəsində göstərilən vahid informasiya
bazasında aşağıdakı məlumatlar əks
olunmalıdır:
119.2.1. valideyn himayəsindən məhrum olmuş və
övladlığa götürülən uşaq və
övladlığa götürmək istəyən şəxs
barədə fərdi məlumatlar;
119.2.2. valideyn himayəsindən məhrum olmuş və
övladlığa götürülən uşağın və
övladlığa götürmək istəyən şəxsin
sağlamlıq vəziyyəti barədə məlumatlar;
119.2.3. valideyn himayəsindən məhrum olmuş və
övladlığa götürülən uşağın
aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri
(olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri
barədə məlumatlar;
119.2.4. əvvəllər övladlığa
götürülüb-götürülməməsi barədə
məlumatlar;
119.2.5. övladlığa götürmək istəyən
şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi
barədə məlumatlar;
119.2.6. övladlığa götürmək istəyən
şəxsin məhkumluğu barədə məlumatlar;
119.2.7. övladlığa götürmək istəyən
şəxsin yaşayış şəraiti, gəlirləri
və öhdəlikləri barədə məlumatlar;
119.2.8. övladlığa götürmək istəyən
şəxsin əvvəllər övladlığa
götürən şəxs olub-olmamasına dair məlumatlar.
119.3. Azərbaycan Respublikası vətəndaşı
olan uşağı övladlığa götürmək istəyən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci
və 119.2.5-119.2.8-ci maddələrində qeyd olunan məlumatları
bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə
kağız və ya elektron daşıyıcılarda
müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən
sonra uçota alınırlar.
119.4.
Yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin
bacıları, qardaşları, onların övladları) tərəfindən
övladlığa götürmə zamanı bu Məcəllənin
119.1-ci maddəsində göstərilən vahid informasiya
bazasında övladlığa götürən şəxslərə
dair yalnız onların məhkumluğu və sağlamlıq
vəziyyəti haqqında məlumatlar əks olunur.
119.5. Bu Məcəllənin 119.2-ci maddəsində
göstərilən məlumatlar müvafiq icra hakimiyyəti
orqanının elektron informasiya sisteminə inteqrasiya olunan
dövlət orqanlarının (qurumlarının) apardığı
elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya
resursları) istifadə etməklə əldə edilir və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin
məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu
mümkün olmadıqda həmin məlumatlar "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə
uyğun olaraq əldə edilir.
119.6. Bu Məcəllənin 119.2.1-119.2.2-ci maddələrində
və 119.2.5-119.2.8-ci maddələrində göstərilən
məlumatlar övladlığa götürmək istəyən
şəxs tərəfindən təqdim edildiyi halda həmin
məlumatlar 6 (altı) ay müddətində
etibarlıdır.
119.7.
Uşağı övladlığa götürmək istəyən
şəxs (şəxslər) bu Məcəllənin
119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində məlumatların
düzgünlüyünə görə məsuliyyət
daşıyırlar. Bilə-bilə təhrif olunmuş və
ya düzgün olmayan məlumat təqdim etmiş
övladlığa götürmək istəyən şəxs
(şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
1 (bir) il müddətində
övladlığa götürmənin bu Məcəllənin
118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən
kənarlaşdırılırlar.
119.8.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa
götürmənin uşağın mənafeyinə
uyğunluğunun müəyyən edilməsi mərhələsində
bu Məcəllənin 119.2-ci maddəsində göstərilən
məlumatların monitorinqini aparmaq hüququna malikdir.”.
119.9. Bu Məcəllənin
119.1-ci maddəsində göstərilən vahid informasiya
bazasında uçota alınmış valideyn himayəsindən
məhrum olmuş və övladlığa götürülən
uşaqlar aşağıdakı hallarda uçotdan
çıxarılırlar:
119.9.1. vəfat etdikdə;
119.9.2. 18
yaşına çatdıqda;
119.9.3.
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab
olunmadıqda.
119.10.
Uşağı övladlığa götürmək istəyən
şəxs (şəxslər) aşağıdakı hallarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
uçotdan çıxarılır:
119.10.1. vəfat etdikdə;
119.10.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə
uyğun olaraq müsahibədən övladlığa
götürmənin məqsədlərinin uşağın mənafeyinə
uyğun olmadığı səbəbindən keçmədikdə;
119.10.3. bu Məcəllənin 120.1.6-cı maddəsində
göstərilən cinayət əməllərinin törədilməsinə
görə məsuliyyətə cəlb edildikdə;
119.10.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə
müəyyən edilən xəstəliklərdən birinə
tutulduqda;
119.10.5. barəsində cinayət təqibi üzrə
icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
119.11. Bu Məcəllənin 119.9.2-ci maddəsinə əsasən
uçotdan çıxarılan şəxslər, bu Məcəllənin
119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar
uçota alınırlar.
1.9. aşağıdakı məzmunda 119-1-ci maddə
əlavə edilsin:
"Maddə 119-1. Övladlığa götürmədən sonra
monitorinq
119-1.1.
Müvafiq icra hakimiyyəti orqanı övladlığa
götürülən uşaq 18 yaşına çatanadək
uşağın ailədəki vəziyyəti, əqli,
fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin
öyrənilməsi məqsədilə övladlığa
götürmənin birinci ilində rübdə bir dəfə,
növbəti illərdə ildə bir dəfədən az
olmayaraq olaraq monitorinq aparır.
119-1.2. Bu
Məcəllənin 119-1.1-ci maddəsində nəzərdə
tutulan monitorinqin aparılması qaydası bu Məcəllənin
118.4-cü maddəsində nəzərdə tutulmuş qayda
ilə tənzimlənir.”;
1.10. 120-ci
maddə üzrə:
1.10.1.
120.1-ci maddədə "yetkinlik yaşına
çatmış şəxslər” sözləri "bu Məcəllənin
121.1-ci və 121.2-ci maddələri ilə müəyyən
edilən tələblərə cavab verən şəxs
(şəxslər)” sözləri ilə əvəz edilsin;
1.10.2.
120.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 120.1.6-120.1.8-ci və
120.4-120.6-cı maddələr əlavə edilsin:
"120.1.6.
məhkumluğun götürülməsi və ödənilməsi
nəzərə alınmadan, sülh və insanlıq, ictimai
təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə,
həyat və sağlamlıq, şəxsiyyətin
azadlığı və ləyaqəti, şəxsiyyətin
cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə,
yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri
əleyhinə qəsdən törədilən ağır və
ya xüsusilə ağır cinayətlərə görə
məhkum olunmuş şəxslər və bu cinayətləri
törətdiyinə görə barəsində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
120.1.7. barəsində cinayət təqibi üzrə
icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
120.1.8.
ailədə adambaşına düşən orta aylıq gəliri
ailə üzvlərinin hər biri üçün
(övladlığa götürüləcək uşaq da nəzərə
alınmaqla) ölkə üzrə müəyyən
olunmuş yaşayış minimumunun məbləğindən
(Azərbaycan Respublikası vətəndaşı olan
uşaqları övladlığa götürmək istəyən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün yaşadıqları
ölkə üzrə orta aylıq əməkhaqqının
2 (iki) mislindən) az olan şəxslər (ögey ata
(ögey ana) və yaxın qohumlar (bacı-qardaş, nənə-baba,
valideynlərinin bacıları, qardaşları, onların
övladları) istisna olmaqla).”;
1.10.3. aşağıdakı məzmunda
120.4-120.6-cı maddələr əlavə edilsin:
"120.4. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər (yaxın qohumları olan
uşağın övladlığa götürülməsi
istisna olmaqla) tərəfindən uşaqların
övladlığa götürülməsinə yol verilmir.
120.5. Azərbaycan
Respublikası vətəndaşı olan uşağı
övladlığa götürmək istəyən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə
alınmaqla yerləşdiyi ölkənin müvafiq
qanunvericiliyinə əsasən minimum normadan az
olmayan yaşayış sahəsi olmalıdır.
120.6. Bu Məcəllənin
120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd
olunan tələblər eyni zamanda uşağı
övladlığa götürmək istəyən şəxslə
(şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına
malik) şəxslərə münasibətdə də tətbiq
edilir.”;
1.11.
121-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 121. Övladlığa götürmək istəyən
şəxsə (şəxslərə) dair yaş tələbləri
121.1.
Ögey ata (ögey ana), habelə yaxın qohumlar
(bacı-qardaş, nənə-baba, valideynlərinin
bacıları, qardaşları, onların övladları)
istisna olmaqla, övladlığa götürmək istəyən
nikahda olan şəxslərdən biri (ər-arvad)
üçün aşağı yaş həddi 25, nikahda
olmayanlar üçün 30 yaşdır.
121.2.
Ögey ata (ögey ana), habelə yaxın qohumlar
(bacı-qardaş, nənə-baba, valideynlərinin
bacıları, qardaşları, onların övladları)
istisna olmaqla, övladlığa götürmək istəyən
nikahda olmayan şəxslə (şəxslərlə)
övladlığa götürülən uşağın
yaş fərqi 18-dən az
olmamalıdır.
121.3.
Uşağın övladlığa verilməsi zamanı bu Məcəllənin
121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə
alınmaqla, nikahda olan şəxslərə (azı 3 il
(yaşı 35-dən yuxarı olan ər-arvad
üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan
Respublikasının vətəndaşlarına və azı 5
(beş) il müddətində nikahda olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərə),
habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə
üstünlük verilir.
121.4. Məhkəmə
tərəfindən üzrlü hesab edilən hallarda, bu Məcəllənin
121.1-ci maddəsində müəyyən edilən yaş həddi
və 121.2-ci maddəsində müəyyən edilən
yaş fərqi azaldıla bilər.”;
1.12.
122-ci maddə üzrə:
1.12.1.
122.1-ci maddənin ikinci cümləsində ikinci halda
"razılığı” sözü "rəyi”
sözü ilə əvəz edilsin, üçüncü
cümləsindən ", valideyn himayəsindən məhrum
olmuş uşağın yerləşdiyi müəssisənin
rəhbəri və ya övladlığa götürmənin
həyata keçdiyi yer, yaxud valideynlərin
yaşadığı yer üzrə qəyyumluq və himayə
orqanı tərəfindən” sözləri
çıxarılsın;
1.12.2.
122.4-cü maddə ləğv edilsin;
1.13.
124-cü maddə üzrə:
1.13.1.
124.1-ci maddədə "qəyyumların (himayəçilərin)”
sözləri "bu Məcəllənin 124.3-cü maddəsi
istisna olmaqla qəyyumlarının (himayəçilərin)
notariat qaydasında təsdiq olunmuş” sözləri əlavə
edilsin;
1.13.2.
124.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"124.3.
Sosial xidmət müəssisələrində yerləşdirilmiş
uşaqların övladlığa götürülməsi
zamanı müəssisə rəhbərlərinin həmin
uşaqlarla bağlı fikri öyrənilir.”;
1.13.3.
124.4-cü maddədə "onun” sözü "müvafiq
icra hakimiyyəti orqanının rəyi əsasında
uşağın” sözləri ilə əvəz edilsin;
1.13.4.
124.5-ci maddəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
"7
yaşına çatmış uşaq övladlığa
götürüldükdə, məhkəmələr tərəfindən
onun fikri pedaqoji işçinin və ya psixoloqun
iştirakı ilə öyrənilir və nəzərə
alınır.”;
1.14.
125.3-cü maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"125.3.
Övladlığa götürülən 7 yaşına
çatmış uşağın soyadı, ata adı, habelə
öz adının dəyişdirilməsi barədə fikri
öyrənilir.”;
1.15.
Aşağıdakı məzmunda 126.4-cü maddə əlavə
edilsin:
"126.4.
10 yaşından yuxarı övladlığa
götürülmüş uşağın doğulduğu
yerin dəyişdirilməsinə yalnız onun razılığı
ilə yol verilir.”;
1.16.
128-ci maddənin adında və mətnində "Tərbiyəçi”
sözü "Uşağı faktiki tərbiyə edən
şəxs” sözləri ilə əvəz edilsin;
1.17.
130-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 130. Övladlığa götürmənin gizli
saxlanması
130.1.
Övladlığa götürmənin sirri qanunla mühafizə
olunur. Bu Məcəllənin 130.4 və 130.5-ci
maddələrində nəzərdə tutulmuş hallar
övladlığa götürmə sirrinin pozulması hesab
olunmur.
130.2. Bu Məcəllənin 130.5-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, övladlığa götürənlərin,
onlar öldükdə isə müvafiq icra hakimiyyəti
orqanının razılığı olmadan
övladlığa götürmə haqqında hər
hansı məlumat vermək, habelə vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyat kitablarından bu barədə
çıxarışlar vermək qadağan edilir.
130.3.
Övladlığa götürənin razılığı
olmadan övladlığa götürmə sirrini
yaymış şəxslər qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
130.4.
Müvafiq icra hakimiyyəti orqanı uşağı
övladlığa götürən şəxslərə
4-6 yaşında olan övladlığa götürülən
uşağa psixoloqun və müvafiq icra hakimiyyəti
orqanının nümayəndəsinin iştirakı ilə
onun övladlığa götürüldüyü barədə
məlumat verməsini tövsiyə etmək hüququna
malikdir.
130.5.
Övladlığa götürülmüş uşaq 10
yaşına çatdıqda onun arzusu ilə müvafiq icra
hakimiyyəti orqanı onun övladlığa
götürülməsi ilə bağlı məlumatları
ona təqdim edir.”;
1.18.
131-ci maddə üzrə:
1.18.1.131.2-ci
maddədə "qəyyumluq və himayə orqanının
və” sözləri çıxarılsın;
1.18.2.
131.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"131.4.
Məhkəmə övladlığa götürmənin ləğv
olunması barədə qətnamə qüvvəyə mindikdən
sonra 3 (üç) iş günü müddətində həmin
qətnamədən çıxarışı "Elektron məhkəmə”
informasiya sisteminə daxil edir və müvafiq icra hakimiyyəti
orqanlarına göndərir.”;
1.19. 134.2-ci
maddədə "münasibətdə” sözündən
sonra "bu Məcəllənin 129-cu maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla” sözləri əlavə edilsin;
1.20.
134.6-cı maddə ləğv edilsin;
1.21.
138-ci maddə üzrə:
1.21.1.
adında "Tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində” sözləri
"Sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilsin;
1.21.2.
138.1-ci maddədə "tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində” sözləri
"sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilsin;
1.22. 140-cı
maddə üzrə:
1.22.1.
adında "Tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində” sözləri
"Sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilsin;
1.22.2.
140.1-ci maddədə "tərbiyə, müalicə və əhalinin
sosial müdafiəsi müəssisələrində və digər
analoji müəssisələrdə” sözləri "sosial
xidmət müəssisələrində” sözləri ilə
əvəz edilsin;
1.23.
145.1-ci maddədə "tərbiyə, müalicə, əhalinin
sosial müdafiəsi müəssisələrində və
bunlara bənzər müəssisələrdə” sözləri
"sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilsin;
1.24.155.2-ci maddədə "117-119-cu və
122-124-cü” sözləri "117-135-ci” sözləri ilə
əvəz edilsin.
Maddə 2. Keçid müddəa
2019-cu il noyabr ayının 1-dək məhkəmələr
tərəfindən icraata qəbul edilmiş
övladlığa götürmə ilə bağlı
işlər üzrə övladlığa götürmənin
uşağın mənafeyinə uyğunluğu barədə
rəy verilməsi zamanı Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin 118.2-ci maddəsinin müddəaları
övladlığa götürən şəxslərə
şamil edilmir.
Maddə 3. Bu Qanun 2019-cu il noyabr ayının
1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 dekabr
2019-cu il
Azərbaycan.-
2019.- 26 dekabr.- S. 8.