Yol infrastrukturunun
müasir səviyyəyə
çatdırılması istiqamətində işlər davam edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni
avtomobil yolunun tikintisi ilə tanış olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
görülən işlər barədə dövlətimizin
başçısına məlumat verərək dedi:
- Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Cənab Prezident, gördüyünüz bina bu yola xidmət üçün tikilir. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaqdır.
Prezident İlham Əliyev: Neçə dayanacaq nəzərdə tutulub?
Saleh Məmmədov: 8 gediş, 8 isə qayıdış hissəsində. Cənab Prezident, əsas odur ki, əvvəlki yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometr idi, indi isə 16 kilometr qısalıb və 192 kilometr olub. Bu da onunla əlaqədardır ki, yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.
Prezident İlham Əliyev: Bu indiki yola da birləşmə varmı?
Saleh Məmmədov: Bəli, var.
Prezident İlham Əliyev: Birinci birləşmə Giləzidədir?
Saleh Məmmədov: Giləzidə olacaq, yolun 30-cu kilometr hissəsində. Bu, ümumi götürəndə 75-ci kilometr adlanır. Amma layihə qiyməti ilə 30-cu kilometrdir. Bu, ikinci lotdur, hansı ki, Giləzidən başlayır Şabrana qədər. O da 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-keçid məntəqəsinə, 192-ci kilometr.
Prezident İlham Əliyev: Yeni açılmış körpünün girəcəyinə qədər?
Saleh Məmmədov: Bəli, yeni açılmış körpünün girəcəyinə qədər. Avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq. Bu ərazilər boş, çöl torpaqlar idi. Sizin göstərişinizə əsasən və köməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından da ayrılıb. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. Artıq 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur. Cənab Prezident, bu stenddəki isə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçididir, tikilib tam hazırdır. Yolun bu hissəsindən həmişə piyadalar keçirdi, sıxlıq yaranırdı. Bu, 130 metrlik dayaqsız yeni yol keçididir.
Prezident İlham Əliyev: İndi gərək yol boyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır.
Saleh Məmmədov: Bəli cənab Prezident, bir xətt olacaq. Sizin göstərişinizə əsasən həmin keçidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpüdən gələn su kanallarından suvarma torpaqlarına keçidlər var. Hamısı böyük keçidlərdir, insanlar və heyvanlar üçün keçidlər də nəzərə alınıb. Yolboyu rayon mərkəzlərinə ayrılan keçidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub.
Prezident İlham Əliyev: Bu istiqamətdə turniket harada quraşdırılacaq?
Saleh Məmmədov: Biri Giləzidə olacaq, Şabrana dönən yerdə. Ümumiyyətlə, ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq. Yolboyu bütün ödəniş məntəqələrinə elektrik kabelləri çəkilib.
Prezident İlham Əliyev: Gördüm, mövcud yolun da təmirini aparırsınız, yeni asfalt vurulub.
Saleh Məmmədov: Bəli, cənab Prezident, yay aylarında düz Qubaya qədər tam təmir etmişik. Çalışacağıq ki, o yolun təmirini mərhələli şəkildə yerinə yetirək ki, gələcəkdə insanlar əziyyət çəkməsinlər.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu yolun tikintisinə böyük ehtiyac var. İndi həm Rusiya ilə ticarət dövriyyəmiz artır,
həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. İrandan
Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının
həcmi artır. Belə olan
halda əlbəttə
ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün
yeni imkanlara malik olmalıdır.
Eyni zamanda, sərnişinlər
üçün də
çox gözəl imkanlar yaradılacaq.
Çox
təhlükəsiz bir
yol olacaq və eyni zamanda,
şimal rayonlarımızda
da bu yoldan
istifadə edənlərin
sayı artacaq. O
cümlədən Şahdağ
qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə
getmək üçün
həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə
edəcəklər. Eyni zamanda,
bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək.
Əminəm ki, gələcəkdə
bu zonada turizm imkanı da dəyərləndiriləcək
və investisiya qoyuluşu da nəzərdə tutulacaq.
Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var.
Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı
Zakir Fərəcov: Cənab Prezident, 500 hektarlıq böyük ərazidir.
Saleh Məmmədov: Cənab Prezident, həm də bu yolun
sayəsində Rusiya sərhədindən İrana
qədər məsafə
45 kilometr qısalacaqdır.
Prezident
İlham Əliyev: Elədir, həm yanacağa qənaət olunacaq, həm də vaxta. Ona görə bu yolun çox böyük əhəmiyyəti
var.
Saleh Məmmədov: Çox sağ olun
ki, Siz buna
önəm verirsiniz.
Prezident
İlham Əliyev: Siz də bu
yolları keyfiyyətlə
çəkirsiniz, bilirəm.
Saleh Məmmədov: Bəli, öz şirkətlərimizdir.
Prezident
İlham Əliyev: Bəli, siz Bakı-Aeroport yolunu 2008-ci
ildə istifadəyə
verdiniz, bu günə qədər orada demək olar ki, heç
bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə
saxlamaq üçün,
əlbəttə, böyük
təcrübə və
keyfiyyət olmalı idi. Ona görə bu
yolu da eyni
keyfiyyətlə çəkməlisiniz.
Azərbaycan dövlətinin dəstəyi
ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir,
yeni ölkələrə
öz təkliflərinizi
təqdim edirsiniz.
Çox
yaxşı, Azərbaycan
şirkətləri həm
Azərbaycanda, həm
də başqa ölkələrdə layihələrdə
iştirak etməlidirlər.
Yol infrastrukturunun səviyyəsinə
görə biz dünyada
27-ci yerdəyik, böyük
nəticədir. Həm əhatə
dairəsi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çəkilib. Gələn
il də
bu templə gedəcəyik.
Saleh Məmmədov: Cənab Prezident, bunların hamısı Sizin
diqqət və qayğınız sayəsindədir.
Biz də çalışırıq
ki, Sizin
etimadınızı doğruldaq.
Görülən bütün bu
işlərə görə
Sizə minnətdarıq.
Prezident
İlham Əliyev: Sağ olun.
X X X
Son illərdə regionların
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
uğurla icrası nəticəsində ölkəmizdə
magistral, respublika və yerli əhəmiyyətli
avtomobil yolları əsaslı şəkildə
yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri
inşa edilərək
əhalinin istifadəsinə
verilib. Prezident İlham Əliyevin
imzaladığı sərəncamlara
əsasən Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi
yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq
inşası ölkəmizdə
yol infrastrukturunun müasir səviyyəyə
çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.
Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin tərkib
hissəsi olan bu yolun inşası
sürətlə və
yüksək keyfiyyətlə
davam etdirilir. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini n daha da yaxşılaşdırılması
ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə
təkan verəcək,
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizi
ilə yük və sərnişin daşımalarında əsas
rol oynayacaq. Həmçinin yük həcminin çoxalmasına
və gəlirlərin
artmasına, ölkəmizin
nəqliyyat infrastrukturunun
inkişafına, yeni iş yerlərinin açılmasına, ümumilikdə,
respublikamızın iqtisadi
inkişafına töhfə
verəcək.
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 1; 2.