Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerjinikbinlik, bütün yeni təşəbbüs və planlarınızın həyata keçməsi üçün böyük qüvvə arzulayıram.

Prezident olduğumuz dövrdən başlayaraq son iyirmi il ərzində Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəf olub. 2005-ci ilin mart ayında Sizin Polşaya rəsmi səfərinizi, orada keçirdiyiniz bütün görüşləri, xüsusilə də müzakirələrlə yadda qalan çoxsaylı şəxsi görüşlərinizi böyük məmnuniyyətlə xatırlayıram. Həmin vaxt ölkəmi və onun əldə etdiyi nailiyyətləri Sizə təqdim etmək mənim üçün böyük şərəf idişadam ki, bu səfər dövlətlərimiz və millətlərimiz arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdi.

Azərbaycanın və şəxsən Sizin dinlərarası, millətlərarası tolerantlıq və sülh kimi dəyərlərə göstərdiyiniz sədaqət bu gün bütün dünyaya məlumdur. Bu baxımdan, mənim də iştirak etdiyim Qlobal Bakı Forumu da Azərbaycanın bu məsələlərlə bağlı beynəlxalq dialoqun inkişafına sadiqliyinin bariz nümunəsidir. Bu tədbir mənim regionda yürüdülən siyasətin xüsusiyyətləri, eləcə də Azərbaycanın və regionun hazırda üzləşdiyi çağırışlarla tanışlığım üçün gözəl bir fürsət oldu.

Cənab Prezident, Sizə qarşıdakı illərin həmvətənlərinizə və beynəlxalq ictimaiyyətə fayda gətirən uğurlarla zəngin olmasını diləyirəm.

Ən xoş arzularla və səmimiyyətlə,

 

Aleksandr Kvasnievski

 

Polşanın sabiq Prezidenti (1995-2005),

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 3.