Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, möhtərəm cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizə uzun ömür, cansağlığı, ailə səadəti və xalqınızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dostları qrupunun üzvü kimi bu mühüm düşüncə və təşəbbüs mərkəzinin fəaliyyətinə verdiyiniz dəyərli dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Yunanıstanın ən ucqar qərb bölgəsi olanTrans-Adriatik boru kəmərinin (TAP) Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə Adriatik dənizi boyunca keçdiyi əraziyə çox yaxın olan İoniya adaları regionunun yeni seçilmiş qubernatoru kimi Sizə ən xoş arzularımı çatdırıram. Bu, təkcə Yunanıstanın deyil, həm də Avropa İttifaqının (Aİ) enerji sektorunun gələcəyi üçün çox əhəmiyyətli bir layihədir, çünki onun başa çatması ilə həyati əhəmiyyətli "Cənub Qaz Dəhlizi” layihəsi işə düşəcək ki, bu da Aİ ilə Azərbaycanın strateji tərəfdaşlığını möhkəmləndirəcəkdir.

Sizi əmin etmək istərdim ki, Azərbaycan və Yunanıstan arasındakı 25 ildən çox davam edən diplomatik münasibətlər və əməkdaşlıq kontekstində yeni hökumətimizin xarici siyasətinin məqsədi xalqlarımızın rifahı və firavanlığı, eləcə də dünyada sülh naminə ortaq layihələr üzrə ölkənizlə əlaqələrimizi daha da gücləndirməkdir.

Mənim səlahiyyətim çərçivəsində İoniya adaları regionu ilə Azərbaycan arasında turizm, ali təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığı inkişaf etdirməkdən məmnun olardım.

 

Dərin hörmətlə,

 

Rodi Kratsa Tsaqaropolou

 

Yunanıstanın İoniya adaları regionunun qubernatoru

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 3.