Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

 

Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi, ailənizi və bütün qardaş Azərbaycan xalqını ad gününüz münasibətilə təbrik etməyi özümə xoş bir borc hesab edirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin tərəqqisi və Gürcüstan-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafı naminə gərgin və nəcib fəaliyyətinizdə gümrahlıq, tükənməz enerji arzu edirik.

 

Dərin hörmətlə,

 

Georgi Sturua

Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evinin İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 3.