Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 17, ¹ 5, maddə
323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə
279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹
2, maddə 64, ¹ 12, maddə
1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə
439, ¹ 6, maddə 560, ¹ 7, maddə
712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə
75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr
583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012,
¹ 5, maddə 411, ¹ 6, maddə
511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr
1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə
836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr
1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə
523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə
1672, ¹ 11, maddələr 2209, 2225, ¹ 12, (I kitab), maddələr 2524,
2534; 2019, ¹ 1, maddə 23, ¹ 5, maddələr 792, 812, ¹ 7, maddə
1197) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
172.2-ci maddədə "tutulması,”
sözündən sonra
"övladlığa götürmə,”
sözləri əlavə
edilsin;
1.2. 347-ci
maddə üzrə:
1.2.1.
347.1.6-cı maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 347.1.7-ci maddə
əlavə edilsin:
"347.1.7.
müvafiq icra hakimiyyəti orqanının övladlığa
götürmənin övladlığa
götürülən uşağın
mənafeyinə uyğunluğu
barədə rəyi.”;
1.2.2.
347.2-ci maddədə
"347.1.1-347.1.6-cı” sözləri
"347.1.1-347.1.7-ci” sözləri ilə əvəz edilsin, həmin maddədən "müvafiq
icra hakimiyyəti orqanının razılığı,”
sözləri çıxarılsın
və həmin maddəyə "barədə
rəyi,” sözlərindən
sonra "həmin ölkələrdə məhkumluğuna
və barəsində
cinayət təqibinin
olmamasına dair sənəd,” sözləri
əlavə edilsin;
1.3. 348-ci
maddə üzrə:
1.3.1.
348.1-ci, 348.2-ci və 348.2.1-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
"348.1. İşi məhkəmədə
baxılmağa hazırlayarkən
hakim ərizəyə övladlığa
götürmənin uşağın
mənafeyinə uyğunluğu
barədə müvafiq
icra hakimiyyəti orqanının rəyinin əlavə olunub-olunmadığını
yoxlayır.
348.2. Məhkəməyə təqdim
edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə
aşağıdakılar əlavə
olunur:
348.2.1. müvafiq icra
hakimiyyəti orqanının
tərtib etdiyi övladlığa götürənlərin
(götürənin) maddi-məişət
şəraitinin müayinə
aktı;”;
1.3.2.
348.2.5-ci maddədə "valideynlərinin” sözündən
sonra ", ögey valideynlərinin, qəyyumunun
(himayəçisinin)” sözləri
əlavə edilsin;
1.3.3.
348.2.6-cı maddə aşağıdakı
redaksiyada verilsin:
"348.2.6.
valideyn himayəsindən
məhrum olmuş uşağın yerləşdiyi
müəssisənin rəhbərinin
uşağın övladlığa
götürülməsinə dair fikri (rəyi);”;
1.3.4.
348.2.7-ci maddədə "övladlığa götürülənin
mərkəzləşdirilmiş qeydiyyatda” sözləri
"habelə Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaq əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər
tərəfindən övladlığa
götürülərkən, övladlığa götürülənin
və övladlığa
götürənin (götürənlərin)
müvafiq icra hakimiyyəti orqanında vahid elektron uçotda” sözləri ilə əvəz edilsin;
1.3.5.
348.4-cü və 348.5-ci maddələr
ləğv edilsin;
1.4. 349-cu
maddədə "iclasında,”
sözündən sonra
"ögey ata (ögey ana) tərəfindən övladlığa
götürülmə halları
istisna olmaqla,” sözləri əlavə
edilsin və həmin maddədən
"qəyyumluq və
himayəçilik orqanı
nümayəndəsinin, Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaq əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər
tərəfindən övladlığa
götürüldükdə” sözləri çıxarılsın;
1.5.
350.4-cü maddəyə "müvafiq icra hakimiyyəti orqanına” sözlərindən sonra
"və” sözü
əlavə edilsin və həmin maddədən "övladlığa
götürülən uşaqların
uçotu üçün
uşağın yaşadığı
(olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına” sözləri çıxarılsın.
Maddə 2. Keçid
müddəa
2.1.
2019-cu ilin noyabrın
1-dək övladlığa götürmə ilə bağlı məhkəmələr
tərəfindən icraata
qəbul edilmiş ərizələrə baxılması
zamanı övladlığa
götürülən uşağın
yaşayış yeri
(olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanının övladlığa
götürmənin əsaslılığı
və övladlığa
götürülən uşağın
mənafeyinə uyğunluğu
haqqında Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsinin
348.2-ci maddəsinə uyğun
olaraq təqdim etdiyi rəyi nəzərə alınır;
2.2.
2019-cu ilin noyabrın
1-dək övladlığa götürmə ilə bağlı məhkəmələr
tərəfindən icraata
qəbul edilmiş ərizələrə baxılması
zamanı bu Qanunun 2.1-ci maddəsində
göstərilən orqan
tərəfindən övladlığa
götürmənin əsaslılığı
və övladlığa
götürülən uşağın
mənafeyinə uyğunluğu
haqqında rəyin təqdim edilmədiyi hallarda, övladlığa
götürmənin övladlığa
götürülən uşağın
mənafeyinə uyğunluğu
barədə rəy Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin 348.2.1-348.2.7-ci maddələrinin tələbləri
nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Maddə 3. Bu Qanun
2019-cu il noyabrın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 4.