“Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli
1721-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 3 dekabr tarixli 1721-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin
347.1.7-ci, 348.1-ci, 348.2-ci, 348.2.1-ci, 348.2.7-ci, 350.4-cü maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. "Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 44; 2002, ¹ 8, maddə 478; 2006, ¹ 8, maddə
677, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 226; 2009, ¹ 6, maddə
414; 2011, ¹ 11, maddə 1009; 2016, ¹ 3, maddə 471, ¹ 6, maddə
1045; 2017, ¹ 3, maddə 352, ¹ 4, maddə 551, ¹ 8, maddə
1517, ¹ 11, maddə 2261; 2019, ¹ 6, maddə 1030) aşağıdakı
dəyişikliklər edilsin:
2.1.
2.6-cı bənd aşağıdakı
redaksiyada verilsin:
"2.6. həmin Məcəllənin
347.1.7-ci, 348.1-ci, 348.2-ci, 348.2.1-ci, 348.2.7-ci, 349-cu, 350.4-cü maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;
2.2. 2.7-ci
bənd ləğv edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 4.