Ümumdünya Poçt
Konvensiyasına və onun Yekun
Protokoluna qoşulmaq
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
4-cü bəndini rəhbər
tutaraq qərara alır:
1. Azərbaycan Respublikası
2016-cı il oktyabrın 6-da İstanbul
şəhərində qəbul
edilmiş Ümumdünya
Poçt Konvensiyasına
və onun Yekun Protokoluna Azərbaycan Respublikasının
ona dair bəyanatı ilə qoşulsun.
2. Azərbaycan Respublikasının
aşağıdakı qanunları
bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:
2.1. "Ümumdünya Poçt Konvensiyasına qoşulmaq
haqqında” Azərbaycan
Respublikasının 2002-ci il 19 fevral tarixli 265-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 4 (I kitab),
maddə 168);
2.2. "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna
qoşulmaq barəsində”
Azərbaycan Respublikasının
2004-cü il 22 iyun tarixli 701-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 7, maddə 516);
2.3. "Ümumdünya Poçt Konvensiyasının təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2008-ci il 1 aprel tarixli 567-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 5, maddə 334);
2.4. "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının
2008-ci il 1 aprel tarixli 568-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 5, maddə 335);
2.5. "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna
qoşulmaq haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 514-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 2, maddə 84);
2.6. "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna
qoşulmaq haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 4 mart tarixli
167-VQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 3, maddə 425).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 4.