2020-ci il fevralın 9-na təyin edilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Vahid Azərbaycan
Partiyasının səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 23/108
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyası Mərkəzi Şurasının 2019-cu il 18 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Rəvan Aydın oğlu Əhmədov
Nicat Nozər oğlu Həsənxani
Emin Rahib oğlu Kazımov
Məhərrəm Məzahir oğlu Aslanov
Vüsal Balacan oğlu Quliyev
Kamal İlham oğlu Səlimov
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 5.