2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 23/109

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası Divanının 2019-cu il 23 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

Elman Fizuli oğlu Quliyev

 

Nəsiman Qara oğlu Yaqublu

 

Tahir Əli oğlu Hüseynov

 

Səxavət Zülfəli oğlu Quliyev

 

İbrahim Rəhim oğlu Hacıyev

 

Fərəc Raqif oğlu Kərimov

 

Fəyyaz Qüdrət oğlu Allahverdiyev

 

Fizuli Vəzir oğlu Carullayev

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

Emin Adil oğlu Yavəri

 

İsmayıl Rəşid oğlu Nəcəfli

 

Abduləli Nəzir oğlu Nəzirov

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 5.