2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində 25 dekabr
2019-cu il tarixli 20
saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 23/114
2019-cu
il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində Lerik rayonu Bürsülüm kənd
sakinləri Əliyev Təyyar Tərlan oğlu və digərləri
2019-cu il dekabrın 25-də teleqramla Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) müraciət edərək 78
saylı Lerik seçki dairəsi üzrə
Bürsülüm bələdiyyəsinə
keçirilmiş seçkilərdə həmin seçki dairəsinin
75, 76 və 77 saylı seçki məntəqələrində
səsvermə günü seçki saxtakarlığa yol
verdiyini iddia etmiş, həmin seçki məntəqələri
üzrə nəticələrin ləğv edilməsini
xahiş etmişlər.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən
keçirilmiş, bu barədə müvafiq rəy verilmiş
və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki
Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən
şikayət aidiyyət qaydalarının pozulması ilə
daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə dair qərar qəbul
edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirimiş bələdiyyə seçkilərində Lerik rayonu Bürsülüm kənd sakini Əliyev Təyyar Tərlan oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 20 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün 78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 5.