Türkiyənin Ticarət naziri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

 

Ölkəmizdə səfərdə olan Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 26-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən türkiyəli nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 7.