Azərbaycanda müasir südçülük kompleksiqoyunçuluq təsərrüfatı yaradılır

 

Aqrar Elmİnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "İribuynuzlu heyvandarlıqda baş sayının artırılmasında innovativ üsullarmövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elmİnnovasiya Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM), yerli və beynəlxalq şirkətlərin, iri heyvandarlıq komplekslərinin, fermer təsərrüfatlarının nümayəndələri, o cümlədən fermerlər, zootexniklər və baytar həkimlər, aqrar sahədə təhsil alan tələbələr iştirak ediblər.

Əvvəlcə tədbirin keçirildiyi institutun direktoru Mahir Hacıyev başçılıq etdiyi qurumda aparılan işlər, yaradılan müasir laboratoriyalar və qarşıda duran hədəflərdən danışıb, heyvandarlığın mövcud problemləri fonunda keçirilən konfrans, seminar və təlimlərin əhəmiyyətini vurğulayıb. "Azərbaycanda ilk olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun bazasında 100 başlıq tam müasir standartlara cavab verəcək südçülük kompleksi, 1000 başlıq isə qoyunçuluq təsərrüfatı tikilir. 2020-ci ilin sonunda bunlar təhvil veriləcək və yeni cinslərin seleksiyası istiqamətində işlər aparılacaq” deyə M.Hacıyev bildirib.

Aqrar Elmİnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov isə kənd təsərrüfatında mövcud qlobal problemlərdən söz açıb: "Mövcud təbii resurslarımıza qənaət etməliyik, səmərəli innovativ sistemlərə keçməliyik. Eyni zamanda, başqa ölkələrin qabaqcıl təcrübələrini ölkəmizə gətirərək onları tətbiq etməliyik. Bu gün aqrar elmin qarşısında duran əsas vəzifə budur. Elmi-tədqiqat mövzuları seçilərkən ilk növbədə qlobal meyillər, qlobal çağırışlar, tələblər, milli ehtiyaclar nəzərə alınmalıdır. Doğru tədqiqat işləri savadlı kadrların gərgin əməyi sayəsində mümkün ola bilər. Bu gün iribuynuzlu heyvandarlıqda baş sayının artırılması yalnız innovativ üsullarla mümkündür” deyə İ.Cümşüdov qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova heyvandarlıq sahəsindəki mövcud problemləri vurğulayıb: "Bir sıra işbazlar tərəfindən Ukrayna, Qazaxıstan və digər MDB ölkələrindən bizim yerli heyvanlardan az məhsuldar heyvanlar gətirilir və dövlət vəsaiti az məhsuldar heyvanlara sərf edilir. Biz bu vəsaiti başqa işlərə sərf edə bilərik. Bu gün damazlıq xarakterli əhəmiyyətli layihələrdən söhbət gedir, bu layihələri öz gücümüzə söykənərək ortaya qoya bilərik. Heyvanların cins tərkibinin yaxşılaşdırılmasında yeni innovativ xarici təcrübələrin tətbiqi vacibdir. Eyni zamanda, mövcud otlaqörüş sahələrinin azalması damazlıq işinin daha təkmil formada təşkilini tələb edir. Bu məqsədə nail olmaqla gələcəkdə ixrac imkanları da yarana bilər”.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov çıxışında aqrar sahə üzrə kadr hazırlığından, universitetdə tələbələr üçün yaradılan şərait, qurulan müasir tədris otaqları, laboratoriyalar, həyata keçirilən yerli və beynəlxalq layihələr, habelə mübadilə və təqaüd proqramlarından danışıb. O, kadr potensialının formalaşması üçün müəllimlərlə yanaşı, böyük şirkətlərin, eləcə də bu sahədə uğur qazanmış fermerlərin tələbələrlə mütəmadi görüşlər keçirmələrinin zəruriliyini vurğulayıb.

Konfransda həmçinin "Gilan Daily Farms” MMC Südçülük Kompleksinin rəhbəri Vüsal Abbasov "Cinsiyyəti təyin edilmiş toxumun Holşteyn-Friz cinsli düyələrdə istifadəsinin göstəriciləri” mövzusunda təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb, Türkiyənin Qars Qafqaz Universitetinin professorları Cihan Kaçar "İnəklərdə sabit zamanlı süni mayalanma prokolları” adlı məruzəsini, Yavuz Öztürkler isə "Südlük istiqamətli inəklərdə süni mayalanma müvəffəqiyyətini artıran strategiyalarmövzusunda məruzə ilə çıxış ediblər.

Sonra Fransanın "EVOLUTION International” şirkəti idarə heyətinin sədri Siril Jos şirkətin fəaliyyət istiqamətləri və ona daxil olan kooperasiyaların işi haqqında məlumat verib, gələcəkdə iki ölkə arasında heyvandarlıq sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin qurulacağını diqqətə çatdırıb.

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 8.