Sürətli inkişaf, real

 

Turistlərin rahatlığı üçün geniş imkanlar yaradılır

 

Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə ildən-ilə inkişaf edən turizmyer alıb. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, dövlət proqramları çərçivəsində regionların davamlı inkişafı, infrastruktur yenilikləri, quruculuq və abadlıq işləri bu qədim diyarın gəzməli, görməli, istirahət etməli, müalicə almalı ünvanlarının sayını daha da artırıb.

Bakının Xəzərətrafı ərazilərində, ölkəmizin cənub bölgəsi Lənkəranda, qədim Naxçıvanda, Quba-Qusar, Qax-Balakən, Şamaxı-Şəki-Qəbələ, Gəncə-Gədəbəy və digər yerlərdə onlarla dünya standartlarına uyğun turizm mərkəzləri, mehmanxanamehmanxana tipli obyektlər yerlixarici turistlərin xidmətindədir. Bütün bunlar əcnəbi turizm həvəskarlarının ölkəmizə səfər etmək marağını daha da artırıb. Təsadüfi deyil ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanı dünyanın 192 ölkəsindən 2923,8 mindən çox turist ziyarət edib. Bir sıra xarici ölkələrdə Azərbaycan diasporununrespublika Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə tədbirlər keçirilir, sərgilər düzənlənir, turizm büroları və turizm həvəskarları arasında qarşılıqlı əlaqələr qurulur, bu sahədə diqqətçəkən, maraq doğuran məqamlar gündəmə gətirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizmin Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrildiyi, respublikamızda hökm sürən sabitlik, təhlükəsizlik, tolerantlıq ənənələri, multikulturalizm dəyərləri, qədim və zəngin mədəniyyəti, tarixi abidələri, ləzzətli mətbəxi diqqətə çatdırılır. Turizm potensialı gündən-günə genişlənən Azərbaycan 2023-cü ilə qədər 4 milyona yaxın turist qəbul etməyi proqnazlaşdırır. Bu məqsədlə ölkəmizə ildə 10 faiz turist gəlişini artırmaq üçün yaxın və uzaq xarici ölkələrdə təbliğat-təşviqat işlərinin coğrafiyası genişləndirilir. Xüsusilə Avropa ölkələri və şimal qonşumuz olan Rusiya Federasiyası arasında yeni turizm əlaqələri yaradılır. Xatırladaq ki, bu günlərdə Rusiyanın Moskva şəhərində keçirilən X Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası da təmsil olunmuşdur. Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan saziş imzalanmışdır. Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin "İşgüzar Rusiya” (Delovaə Rossiə) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair sənəd imzalanıb. Bundan əlavə, Azərbaycan və Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə Rusiyanın Turizm Komitəsinin "İşgüzar Rusiya” (Delovaə Rossiə) Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair saziş rəsmiləşdirilib. Belə sazişlərin və turizm əlaqələrinin sayı artmaqdadır.

Ölkəmizə gələn turistlərin rahatlığı üçün geniş imkanlar yaradılır. Salınan müasir avtomobil və dəmir yolları daxili turizmin, habelə beynəlxalq turizmin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən demişdir: "Bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdi, buna ehtiyac da yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən, mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət hotellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni 9 ayda Qəbələyə 300 min turist gəlib”.

Bugünkü magistral yollar və dəmir yolları Azərbaycanın turizm simasını başdan-başa yeniləmişdir. Ölkəmizin bütün bölgələri, turizm istiqamətləri, o cümlədən Qəbələ turizmi sürətlə inkişaf edir. Qəbələnin sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə onun dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır. Görünən odur ki, Azərbaycan turizmi özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, respublikamızda turizmin inkişafına xüsusi diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bütün bölgələrində turizm mərkəzlərinin, dünya standartlarına cavab verən yeni beşulduzlu hotel və istirahət guşələrinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli təklif və tövsiyələrini verir.

Xarici ölkə mətbuatında yazılanlardan, saytinternet səhifələrində formalaşan ictimai rəydən məlum olur ki, Azərbaycan artıq dünyada turizm ölkəsi kimi tanınır. Müasir şose və dəmir yolları ölkəmizin iqtisadiyyatının şaxələnməsinə, regionların sürətli iqtisadi tərəqqisi turizmin daha uğurlu mərhələyə qədəm qoymasına münbit şərait yaradır. Ölkədə qış turizminə start verilməsi fonunda Azərbaycana gələn turistlərin sayının 3 milyonu keçəcəyi gözlənilir ki, bu da turizm tarixində növbəti rekord sayılır.

Turizmdə nəqliyyat xidmətinin rahat və əlverişli qiymətə olması vacib amillərdəndir. Turizm bölgələrinə yeni dəmir yollarının çəkilməsi yalnız yerli turistlər üçün deyil, əcnəbi turistlər üçün də önəmlidir. Müsbət dəyişiklik həm də nəqliyyat turizminin inkişafı deməkdir. Bu inkişafın tərkib hissəsi kimi müasir turist-sərnişin qatarlarının sayını artırmaqla yerli və əcnəbi turistlərin respublikamızın bölgələrinə marağını yüksəltmək olar.

Göz oxşayan rahatmüasir yollar əcnəbi turistləri daha çox məmnun edir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda, cənub bölgəsi Lənkəranda, Talış dağlarının ətəklərində, şimalda Sumqayıtdan tutmuş Quba-Qusaradək, eləcə də qərb bölgəsində Naftalanda, Gəncədə, Göygöldə, Gədəbəydə və digər yerlərdə hansı bir məkana yolumuz düşsə, Qəbələdə olduğu kimi, burada da turizmin üstünlüklərinin şahidi olarıq.

 

R.SALMANLI

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 11.