Corat məktəbinin 120 illik
yubileyi qeyd olunub
Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən
7 nömrəli tam orta
məktəbin 120 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər
İcra Hakimiyyətinin
başçısı Zakir
Fərəcov, Təhsil
Nazirliyinin ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, ictimaiyyət
nümayəndələri, məktəbin məzunları
və qəsəbə
sakinləri iştirak
ediblər.
Dövlət himninin səsləndirilməsindən
sonra məktəbin tarixindən bəhs edən videorolik nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov əlamətdar gün münasibətilə məktəbin
müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı
fəaliyyətlərində böyük müvəffəqiyyətlər
arzulayıb. Z.Fərəcov Prezident İlham
Əliyevin təhsilə,
təhsil işçilərinə
göstərdiyi diqqət
və qayğının
nəticə etibarilə
bu sahənin sürətli inkişafı,
maddi-texniki bazasının
daha da möhkəmlənməsinə
töhfə verdiyini diqqətə çəkib.
Qeyd olunub ki, hazırda
Prezident İlham Əliyevin imzaladığı
sərəncama əsasən,
Sumqayıtda 9 nömrəli
tam orta məktəbin
1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün
1800 şagird yerlik yeni binanın tikintisi işlərinə
isə yaxın zamanlarda başlanılacaq.
Tədbirdə vurğulanıb ki,
Corat qəsəbəsində
120 il öncə
fəaliyyətə başlayan
təhsil müəssisəsi
böyük inkişaf
yolu keçib, məktəbin tədris nailiyyətləri son illərdə
daha da artıb.
Corat məktəbinin yetirmələri sırasında
adları təhsil,
elm və mədəniyyət
tarixlərinə həkk
olunmuş çoxlu sayda tanınmış ziyalılar var. 7 nömrəli
tam orta məktəb Sumqayıtın çoxsaylı
təhsil ocaqları arasında ən qədimidir. Məktəbin
uğurla fəaliyyət
göstərməsindən düz 120 il
keçir. Üç əsrin tarixini
yaşayan Corat məktəbinin hazırkı
binası 1990-cı ildə
tikilib. Mindən çox şagirdi
olan təhsil ocağında tədris bir növbəlidir, şagirdlərin təlim-tərbiyəsi
ilə 90 pedaqoji işçi məşğul
olur.
Məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində
qurulub. Şagirdlərin nəzəri biliklərini
laboratoriyalarda tətbiq
etmələri üçün
yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin
ixtiyarına verilib.
Yubiley tədbirində
şagirdlər vətənpərvərlik,
təhsil və məktəb həyatından
bəhs edən müxtəlif şeirlər,
mahnılar, ədəbi-bədii
kompozisiyalar nümayiş
etdiriblər.
Yubiley tədbirində
incəsənət ustaları
konsert proqramı ilə çıxış
ediblər.
Sonda məktəbin
pedaqoji kollektivinin bir sıra üzvlərinə
və Corat qəsəbə sakinlərinə
səmərəli fəaliyyətlərinə
görə Sumqayıt
Şəhər İcra
Hakimiyyətinin fəxri
fərmanı təqdim
olunub.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 12.