Rəssamların
“sözü”, fotomüxbirin
“gözü” ilə...
Rəssamların yaratdığı hər tablo bir romanın mövzusunu verir əsl qələm sahibinə. Sərgiyə adətən müxtəlif yaşda olanlar və dünyagörüşlülər gəlir. Ziyarətçi var ki, bir əsərə "dünyanın sığdığının” şahidinə çevrilir...
Rənglər "fırçanın dilində danışır” - "dil açırsa”, demək rəssam istədiyinə nail olub. Bir tablonun qarşısında saatlarla dayanıb xəyallanan tamaşaçı sıradan biri ola bilməz. Həmin rəsmin onda yaratdığı fikir bir romanlıqdır ki, o, düşüncələrində artıq əsərin süjetini qurur.
Sərgi salonlarının birində çəkilmiş
bu tabloların da hərəsində
"bir dünya” əks
olunub: orada insan xarakterləri açılmaqla
yanaşı, həm də təbiət fəsillənir,
düşüncə öz rənglərində
diktə edir. Bu həm
rəssamın, həm də fotomüxbirin
uğur salnaməsidir...
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 12.