Qafqazın ən böyük büdcəsi

 

Azərbaycanın 2020-ci il dövlət büdcəsi Ermənistandan 4, Gürcüstandan isə 3,7 dəfə böyükdür

 

Dünya iqtisadiyyatında yeni təlatümlər müşahidə olunduğu bir vaxtda Azərbaycanda qeydə alınan sosial-iqtisadi tərəqqi ölkənin inkişaf uğurunun daha bir real təsdiqidir.

Ölkəmiz davamlı olaraq siyasi, sosial-iqtisadi qüdrətini artırır, mövqelərini möhkəmləndirir. Gələn il ərzində Azərbaycanın yeni nailiyyətlərin müəllifinə çevriləcəyinə də heç bir şübhə yoxdur.

Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini tam qətiyyətlə deməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.

 

Regionda ən az büdcə Ermənistana məxsusdur

 

Ölkəmizdə gələn il üçün dövlət büdcəsi artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır. Qeyd olunan göstəricilər cari illə müqayisədə kifayət qədər yüksəkdir. Amma 2020-ci ilin büdcəsi cari ilin büdcəsindən təkcə gəlir xərclərinin daha böyük olması ilə fərqlənmir, həm növbəti ilin büdcəsində keyfiyyət dəyişikliklərini ehtiva edən mühüm məqamları görmək olar. İlk növbədə, qeyd etmək lazımdır ki, gələn ilin dövlət büdcəsi yeni yanaşmalara yeni büdcə qaydasına uyğun olaraq tərtib edilib.

Bu qaydalar ilk növbədə, neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini minimuma endirməyi nəzərdə tutur. Gələn ildən başlayaraq dövlət büdcəsinin Orta Müddətli Xərclər Çərçivəsi əsasında qurulması da mühüm yenilik sayılır. Xüsusilə gələn ilin büdcəsində neftin baza qiymətinin 55 dollardan götürülməsi qeyri-neft gəlirlərinin neft transfertlərini üstələməsi olduqca vacibdir.

Büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur. Neft Fondundan transfert təxminən 400 milyon manat, yəni 3 faiz artır, halbuki qeyri-neft gəlirlərinin artım tempi 11,3 faizdir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat nəzərdə tutulur. Ümumilikdə gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq.

Cənubi Qafqazın ikinci ən böyük iqtisadiyyatı sayılan Gürcüstanın büdcəsi gələn il üçün 14,55 milyard lari ya 8 milyard 669 milyon manat təşkil edəcək. Bu, cari ilin dövlət büdcəsinə bərabərdir. Qonşu ölkədə büdcə gəlirləri 10,120 milyard lari ya təxminən 6 milyard 447 milyon manat təşkil edəcək. Bu, Azərbaycan büdcəsindən təxminən 3,7 dəfə azdır.

Regionda həmişəki kimi, ən aşağı büdcə Ermənistana məxsusdur. Gələn il üçün işğalçı ölkənin büdcə xərcləri 1 trilyon 822 milyard dram təşkil edəcək. Bu, 6 milyard 455 milyon manata bərabərdir. Bu isə o deməkdir ki, işğalçı ölkənin büdcəsi Azərbaycandan 4 dəfədən çox azdır. Ermənistanda büdcə gəlirləri isə 1 trilyon 697 milyard dram ya 6 milyard manat təşkil edəcək. Bu da onu göstərir ki, Ermənistanın gələn il dövlət büdcəsinin kəsiri artacaq. Belə vəziyyətdə Ermənistanın daha böyük miqyasda sosial-iqtisadi problemlərlə üzləşməsi qaçılmaz sayılır.

 

Azərbaycanın hərbi büdcəsi Ermənistandan 3, Gürcüstandan isə 6 dəfə çoxdur

 

Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri hərbi xərclərlə bağlıdır. Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönələcək.

 

Bu da o deməkdir ki, gələn il orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat ya 20,9 faiz çox olacaq. Qonşu Gürcüstanın hərbi xərcləri təxminən gələn il üçün cəmi 510 milyon manat təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 6 dəfə azdır.

Gələn il üçün Ermənistanın hərbi xərcləri 1 milyard 71 milyon manat təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 3 dəfədən aşağıdır.

Ermənistanın "Pastinfonəşri yazır ki, bu hal Bakının hərbi üstünlüyünün yüksəlməsini təmin edir Yerevanın buna qarşı çıxması getdikcə mümkünsüzləşir: "Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinin xərcləri 1,7 faiz artdığı halda, müdafiə xərclərinin büdcəsi xeyli, yəni 20,9 faiz artıırılmaqla, 2,267 milyard dollara çatdırılıb. Bunun 945 milyon dolları silah alışı hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Bu faktlar göstərir ki, Bakı Qarabağ məsələsində istəyinə, güc yolu ilə olsa belə, nail olmaqda israrlıdır Azərbaycan açıq şəkildə müharibəyə hazırlaşır. Rəqibin gözümüzün önündə bu istiqamətdə konkret addımlar hərəkətlər etdiyini görməklə Ermənistan hökumətinin 2020-ci ildə dövlət büdcəsini 14 faiz artırdığı bir vaxtda hərbi xərclərin artımını dondurmasını xəyanət ya şüursuz qayğı adlandırmaq olar. Eyni zamanda, bunlara cavab olaraq, diqqətsiz hökumət kimi, diqqətsiz parlament çoxluğu kimi, həm diqqətsiz bir qrup insanın şüursuzca baş naziri təriflədiyini görürük. Təəssüf ki, Paşinyan, erməni xalqının böyük bir hissəsi reallığı görmür”.

 

Azərbaycan sosial xərclərə Ermənistandan 6 dəfə artıq vəsait ayıracaq

 

Növbəti ildə Azərbaycanda sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat ya 37 faiz çoxdur.

Gürcüstanın dövlət büdcəsində gələn il üçün sosial xərclərin həcmi 4,35 milyard lari ya 2 milyard 403 milyon manat təşkil edəcək. Bu isə Azərbaycandan təxminən 4,5 dəfə azdır. Əsas xərclər pensiya maaşların artımına yönəldiləcək. Bu da ümumi büdcə xərclərinin 30,5 faizini təşkil edəcək.

Gələn il üçün Ermənistanda sosial sahəyə 492,5 milyard dram ya 1 milyard 746 milyon manat vəsait ayrılacaq. Bu da cari illə müqayisədə 11 faiz artıqdır. Bu isə Azərbaycanla müqayisədə 6 dəfə azdır.

 

Ermənistanın dövlət büdcəsi sosial-iqtisadi iflasın göstəricisidir

 

Erməni ekspert Avetik Çalabyan işğalçı ölkənin gələn il üçün büdcəsini müzakirə edərkən bildirib ki, rəsmi Bakının addımları Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bildirib ki, həm Ermənistan hökumətini, həm parlamentin müdafiə təhlükəsizlik məsələləri üzrə daimi komissiyasını, həm parlamentin ayrı-ayrı deputatlarını bu komadan çıxmağa, vəziyyətin məsuliyyətini anlamağa, Ermənistanın 2020-ci il büdcəsinin müdafiə vəsaitlərinə yenidən baxmağa ətrafımızda gərginləşən real çağırışlara adekvat cavab verməyə çağırıram: "Cəmi 10 ay öncə bu barədə yazdım ki, Ermənistan hökuməti hərbi xərclərin artımını dondurur, bu şəraitdə 2020-ci ildə ümumi dövlət büdcəsinin 14 faiz artımı proqnozlaşdırılır Azərbaycanın gərginləşən döyüş ritorikası şəraitində müdafiə xərclərinin ən azı mütənasib artımı zərurətdir. Amma biz bunu edə bilmirik. Azərbaycan isə edir”.

Erməni tərəfi onu da bildirir ki, Azərbaycan hərbi büdcəsini artırmaqla yanaşı, yerli hərbi məhsulların istehsalında da böyük uğurlara imza atıb. Elə ekspertlər qeyd edir ki, Azərbaycan müdafiə sənayesinin uğurlarından Ermənistanın narahat olması, əslində, təbii haldır. Çünki ötən dövr ərzində bu sahədə əldə edilən uğurlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüklərinin artmasına birbaşa təsir edib.

Xatırladaq ki, ötən dövrdə ölkəmizdə ən müasir texnologiya avadanlıqla təchiz olunan 50-dən çox yeni hərbi istehsal sahəsi yaradılıb. Burada istehsal olunan məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb. Ölkəmizdə istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir.

Vurğulayaq ki, Ermənistanın hərbi büdcəsinin qismən artımı belə bu ölkənin özündə narazılıqla qarşılanır. İnsanları səfalət içində yaşayan ölkənin hökumətinin bu qərarı həm anlaşılmaz hal sayılır. Ekspertlər bildirirlər ki, bütün bunlara görə, Ermənistanda 2020-ci il üçün dövlət büdcəsini qeyri-kafi dəyərləndirmək lazımdır.

Ümumiyyətlə isə büdcə xərclərinin təhlili göstərir ki, gələn il Azərbaycan digər parametrlərlə yanaşı, maliyyə cəhətdən yenə regionun lideri statusunu daşımaqda davam edəcəkdir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 1; 9.