“Şahdağ”
Turizm Mərkəzi dünyadakı oxşar istirahət məkanlarından bənzərsizliyi
ilə fərqlənir
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ”
Turizm Mərkəzində görülən
işlərlə tanış olublar
Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva "Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, "Şahdağ” Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü.
Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən "Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Son illərdə burada xeyli iş görülüb.
Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən
"Shahdag 2351” kafesinin
qarşısında yaradılan
şəraitlə tanış
oldu. Məlumat verildi ki, burada baxış meydançası yaradılıb,
ərazidə ehtiyat helikopter meydançası
inşa edilib, hündürlüyü 30 metr
olan bayraq dirəyi quraşdırılıb.
Prezident İlham Əliyev yerli və xarici
turistlərlə söhbət
etdi. Turistlər "Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən
razılıqlarını bildirdilər.
Qeyd edək
ki, "Welcome Shahdag” ərazisinin giriş hissəsi abadlaşdırılıb,
burada yaşıllıq
zolağı salınıb. "Welcome Shahdag”
turistlərin mərkəzdə
qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və
istiqamətləndirilməsi üçün "Welcome Plaza” binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün
isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ
Zirvə yolu inşa edilib.
Baş Nazirin birinci müavini Yaqub Eyyubov və "Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü
əhatə edən ikinci faza çərçivəsində
"Şahdağ” Turizm
Kompleksində ümumi
uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş
zolaqlarında 81 yeni qaryaratma avadanlığı
quraşdırılıb və
qaryaratma üçün
lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ
ərazisində quraşdırılan
müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir.
Hazırda kompleksdəki
eniş zolaqlarının
ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan
kanat yolları 1,4 kilometr uzunluğundadır.
5 saylı kanat
yolunun yuxarı
operator məntəqəsi dəniz
səviyyəsindən 2351 metr
hündürlükdə inşa
edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik
20 saylı kanat yolu "Welcome Shahdag” ərazisi ilə Zirvə lift bazasını,
5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı
və ya "Shahdag 2351” kafesi ilə birləşdirir. O
da qeyd olundu
ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir
və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, "Şahdağ” Turizm Mərkəzinin "Main Plaza” adlanan
ərazisində 2 zalı
olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri
72 yerlikdir. Buraya
gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı
asudə vaxtlarının
səmərəli təşkilində,
onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış
olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi
planlaşdırılır. Bundan əlavə, dördxətli
boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, "Music Hall” inşa
edilib.
"Şahdağ” Turizm Mərkəzində görülən
işləri yüksək
qiymətləndirən dövlətimizin
başçısı dedi
ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar,
həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin
genişləndirilməsi ilə
bağlı əlavə
planlar olacaq.
Prezident
İlham Əliyev
"Şahdağ” Turizm
Mərkəzinin üçüncü
mərhələsi üzrə
layihə işləri
ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı və
xanımı turistlərlə,
kompleksin işçiləri
ilə xatirə şəkilləri çəkdirdilər.
Azərbaycanda sürətlə inkişaf
edən turizm sektoruna böyük töhfə olan "Şahdağ” Turizm Mərkəzində inşa
edilən otellər bu istirahət məkanına marağı
daha da artırır. Qonaqların istirahətinin
yüksək səviyyədə
təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir
ki, bu gün
ölkəmizdə turizm
sektorunun inkişafına
xüsusi fikir verilir. Paytaxtla yanaşı, regionlarda
da müasir turizm və istirahət obyektlərinin,
mehmanxana komplekslərinin
tikilib istifadəyə
verilməsi Azərbaycanda
bu sahənin inkişafına diqqətin
göstəricisidir. Bu
çərçivədə "Şahdağ” Turizm Mərkəzində inşa
edilən otellərdə
təqdim edilən yüksək şərait
Azərbaycanda mehmanxana
biznesinin inkişafını
bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin
getdikcə artdığını
göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində
ilk dağ-xizək kurortudur.
Bu möhtəşəm obyektin
inşasını daim
diqqət mərkəzində
saxlayan dövlətimizin
başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə
gələrək tikintinin
gedişi ilə tanış olub, bir neçə
obyektin və otelin açılışında
iştirak ediblər.
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 1; 2.