Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Sizi ad gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.
Doğum gününüzü qeyd edərkən Sizə ölkənizin və ailənizin rifahı üçün həyatınızın tükənməz enerji, hikmət, iltifat ilə dolu olmasını arzulayır, Zati-alinizə cansağlığı diləyirəm.
Cənab Prezident, artıq dünyada nüfuzlu təşkilata çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Ən xoş arzularla,
Buyar Nişani
Albaniyanın sabiq Prezidenti (2012-2017),
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvü
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.