Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə cansağlığı, xoş əhval-ruhiyyə və ölkənizin rifahı üçün ən səmimi arzularımı çatdırıram.
Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi 2020-ci ilin mart ayında Bakıda təkrarən Sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm. Bu, yaşadığımız dünyanın mövcud problemləri və üzləşdiyimiz çağırışları açıq şəkildə müzakirə etməyimiz üçün bizə - sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarına yeni bir imkan açacaqdır. Əvvəlki üç ildə keçirilən tədbirlərlə bağlı təcrübəm onu deməyə əsas verir ki, burada səmərəli müzakirələr aparılır və tədbir iştirakçıları tərəfindən daim konstruktiv təkliflər irəli sürülür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada təşkil etdiyi çoxsaylı görüşlər iştirakçılarla daha yaxından tanış olmaq, həmçinin insanlar və xalqlar arasında daim yeni dostluq əlaqələri qurmaq baxımından çox gözəl bir fürsətdir.
Zati-aliləri, bizi anlaşma, tolerantlıq və təhsil ideyaları ətrafında birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Cənab Prezident, bizi bir araya toplayan və irəliyə aparan hərəkətverici qüvvə katibliyimizin gənc və bacarıqlı əməkdaşlarıdır. Onlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri üçün yaxşı dost və bir ailənin üzvü kimidirlər, burada hər kəs bir-birinin qayğısına qalır. Buna görə də biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dostlarımızın qarşılıqlı dəstəyinin mövcud olduğu ümumi evimiz hesab edirik. Bizə belə bir imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm.
Cənab Prezident, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, bütün arzularınızın həyata keçməsini diləyirəm. Həmçinin fürsətdən istifadə edib, 2020-ci ilin Sizin üçün xoş və uğurlu keçməsini arzulayıram.
Sizinlə tezliklə Azərbaycanda görüşmək ümidindəyəm.
Dərin hörmətlə,
Yadranka Kosor
Xorvatiyanın sabiq Baş naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvü.
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.