Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə ailənizlə birgə cansağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Zati-alinizin humanist, müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada öz mövqeyini gündən-günə gücləndirməkdədir.

Möhtərəm cənab Prezident, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasındakı irimiqyaslı layihələrin həyata keçirilməsini təmin etdiyinizə görə Sizə təşəkkür edirəm.

 

Dərin hörmət və ehtiramla,

 

Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin İstanbuldan deputatı,

Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri.

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.