Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri cənab
Prezident.
Xarici İşlər üzrə Çin Xalq İnstitutu adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm.
Çin xalqının dostu kimi Zati-aliniz Çin-Azərbaycan münasibətlərinin inkişafına daim sadiqliyini göstərib. Son iki ildə Xarici İşlər üzrə Çin Xalq İnstitutu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında sıx əməkdaşlığa verdiyiniz böyük dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. İnstitutumuz xalqlarımız arasında ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirmək, dünyada sülh və tərəqqini təşviq etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birlikdə çalışmağa davam edəcəkdir.
Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə gələn ilin martında Azərbaycanda keçiriləcək VIII Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırır və Zati-alinizi Bakıda görəcəyimə ümidvaram.
Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edirəm.
Hörmətlə,
Vanq Çao
Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.