Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız, vətəndaş məsuliyyəti hissinizöz işinizə sədaqətiniz Azərbaycan Respublikasına inamla rəhbərlik etməyinizə imkan verir. Doğma diyara səmimi sevginiz və əməksevərliyiniz Sizə cəmiyyətdə hörmət və haqlı nüfuz qazandırıb. İnanıram ki, bu keyfiyyətləriniz sayəsində Siz öz vəzifənizdə mütləq daha böyük uğurlar əldə edəcəksiniz.

Bu əlamətdar gündə respublikanız, bütövlükdə Vətəniniz naminə mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə, yeni hədəflərə, nailiyyətlərə, qələbələrə gedən yolda Sizə səmimi qəlbdən uğurlar, nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzu edirəm.

Sizə və ailənizə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

 

Dərin hörmətlə,

 

Əlişir Usmanov

 

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.