Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayır, ali dövləti vəzifənizin həyata keçirilməsində uğurlar diləyirəm.

Siz Prezident seçiləndən indiyədək ölkənizdə sabitliyin və rifahın qorunub saxlanılmasına müvəffəq olmusunuz. Azərbaycan xalqının Sizə və hökumətinizə böyük dəstəyi və etimadı bunu bir daha təsdiq edir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycanda firavanlıq, inkişafdemokratik idarəçiliyin yeni mərhələsi də rəğbətlə qarşılanacaqdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2020-ci ilin martında keçiriləcək VIII Qlobal Bakı Forumunda Zati-alinizlə görüşməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident və əziz dostum, bu xoş fürsətdən istifadə edib Sizə Yeni il münasibətilə xoşbəxtlik və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

Dora Bakoyannis

 

Yunanıstan parlamentinin "Yeni demokratiyapartiyasından olan üzvü

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.