Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident.
İcazə verin, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Böyük ölkənizin bəxti gətirib ki, əsası Sizin atanız, haqlı olaraq hamının hörmətini və ehtiramını qazanmış müdrik siyasi xadim Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş quruculuq və yaradıcılıq ənənələrini şərəflə davam etdirən belə bir lideri var. Bu ənənələrdən biri də ölkələrimizin və xalqlarımızın möhkəm dostluğudur. Bu dostluğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi bizim daha yaxşı, daha güclü olmağımıza kömək edir.
Sizə və ailənizə cansağlığı və firavanlıq arzulayıram. Ən xoş diləklərimi qəbul edin.
Dərin hörmətlə,
Tedo Caparidze
Gürcüstanın
ABŞ-da və Kanadada
sabiq səfiri
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.